Menu

Putin qələbəni Kim Çen Inla birlikdə qeyd edəcək

20.12.2014, 19:58
Putin qələbəni Kim Çen Inla birlikdə qeyd edəcək

Putin Kim Çen Inı Qələbə günü münasibəti ilə Rusiyaya dəvət edir.

Vladimir Putin 19 dekabrda Şimali Koreya lideri Kim Çen Inı 2015-ci ildə qeyd olunacaq Qələbənin 70 illik yubileyində iştirak etmək üçün Rusiyaya dəvət edib.

Əgər Kim Çen In Moskvaya ziyarət edərsə, bu onun hakimiyyətə gəldiyi 2011-ci ildən sonrakı ilk xarici səfəri olacaq. İndiyədək Şimali Koreya liderinin heç bir xarici səfəri olmayıb.

Kim Çen Inın atası iki dəfə - 2002 və 2011-ci illərdə Rusiyaya səfərə gedib. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov belə bir dəvətin olduğunu təsdiq edib.

Moskvanın Pxenyanla yaxınlaşmasında başlıca niyyəti “Qazprom” və “Rusiya dəmir yolları” şirkətlərinin Cənubi Koreyaya yönəlik layihələrin Şimali Koreya ərazisindən keçməklə reallaşdırılmasından ibarətdir.

Pxenyan isə öz növbəsində BMT-də nüvə proqramı və insan haqları ilə bağlı Şimali Koreya əleyhinə qəbul ediləcək qətnaməyə Rusiyanın veto qoymasına ümid bəsləyir. Bundan xeyli əvvəl Rusiya Şimali Koreyanın ona olan 10 milyard dollarlıq borcunu şilmişdi.

Vaqif

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol