Menu

Zaporojye AES tüstüləyir – FOTO

19.07.2025, 18:53
Zaporojye AES tüstüləyir – FOTO

Rusiya işğalçı qüvvələrinin nəzarəti altında olan Zaporojye Atom Elektrik Stansiyasının ərazisində böyük tüstülənmə müşahidə olunur.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında və sosial şəbəkələrdə bununla bağlı görüntülər yayımlanıb. Yerli Telegram kanallarının məlumatına görə, Zaporojye Atom Elektrik Stansiyasının üzərindəki tüstü yaxınlıqdakı bütün yaşayış məntəqələrindən, xüsusən də Ukraynanın nəzarətində olan Nikopoldan aydın görünür. Tüstünün nədən yarandığı hələlik məlum deyil.

Zaporojyenin işğalçı administrasiyasının başçısı Yevgeni Balitski əraziyə elektrik verilişinin kəsildiyini bəyan edib. O deyib ki, qəzanın tez bir zamanda aradan qaldırılması üçün iş aparılır. Balitski Zaporojye Atom Elektrik Stansiyası ərazisindəki tüstülənmənin səbəbini açıqlamayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol