Menu

"Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq" - Prezident İlham Əliyev Cənubi Qafqaz haqqında

19.07.2025, 20:22
"Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq" - Prezident İlham Əliyev Cənubi Qafqaz haqqında

Cənubi Qafqaz sabit məkan olacaqdır. Bizə sabitlik, təhlükəsizlik lazımdır.

Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib: “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol