İsrail Yəməndəki İran dəstəkli Husi qüvvələrini hədəf alıb.
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Hudeydə Limanına edilən hava zərbələri bölgədə gərginliyi daha da artırıb.
İsrail Ordu Radiosunun verdiyi məlumata görə, Yəmənin qərb sahillərində və xüsusilə Hudeydə Limanında yerləşən Husi hədəfləri hava zərbələri ilə vurulub. Hücumun məqsədinin Husilərin əvvəlki dövrdə məhv edilən terror infrastrukturlarını yenidən qurmasının qarşısını almaq olduğu bildirilir.
İsrailin müdafiə naziri İsrail Katz hava hücumları ilə bağlı açıqlamasında deyib ki, İsrail ordusu Hudeydə Limanında yerləşən Husi mövqelərini məhv edərək terror infrastrukturunun bərpasını əngəlləyib.
“Onların sonları Tehran kimi olacaq. Husilər İsrailə raket hücumu etməyin əvəzini ağır ödəyəcəklər,” – deyə nazir bildirib.
Hazırda Husilər tərəfindən hava hücumlarına dair hər hansı rəsmi açıqlama verilməyib. Hücumun nəticələri və bölgədəki itkilərlə bağlı dəqiq məlumat hələlik mövcud deyil.
"AzPolitika.info"

Şərhlər