Ukrayna Silahlı Qüvvələri Müdafiə son 24 saat ərzində 1010 rus hərbçisini öldürüb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
- Tank - 1 ədəd;
- Artilleriya sistemləri - 52 ədəd;
- MLRS - 3 ədəd;
- PUA - 147 ədəd;
- Hərbi nəqliyyat vasitəsi - 138 ədəd;
- Xüsusi texnika - 1 ədəd.
"AzPolitika.info"

Şərhlər