Menu

Cahangir Əsgərov İspaniyaya köçüb? - Hər ay 1,2 milyon manat gəlir əldə edir

07.08.2025, 12:08
Cahangir Əsgərov İspaniyaya köçüb? - Hər ay 1,2 milyon manat gəlir əldə edir

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.

"AzPolitika"nın verdiyi xəbərə görə, bu barədə "Unikal" məlumat yayıb. Məlumata görə, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub.

Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.

Xatırladaq ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti, "Premium Bank” ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvü olub.

Şərhlər

Senan 2025-08-07 14:50:13

Yazıq, allahın heyvanı qůrbətdə necə yaṣayacaq pul-para da sən deyən çox deyil pensiyanı da hər ay gecikdirirlər

Roma 2025-08-07 14:39:07

Kefə bax e, ayda 1.2 milyon manat, belə adamın nə dərdi ola bilər???...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol