ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü gələn həftənin əvvəlində Avropada baş tuta bilər.
Bu barədə "Fox News" öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrə görə, görüşün potensial məkanı kimi Roma şəhəri nəzərdən keçirilir. "Fox News" yazır ki, danışıqlarla tanış iki mənbə görüşün gələn bazar ertəsi təşkil ediləcəyini bildirir və mümkün yerlər arasında Romanın da olduğu vurğulanır.
Eyni zamanda, əgər görüş bu həftə gec baş tutarsa belə, Roma hələ də variantlar arasındadır. Bununla yanaşı, digər Avropa ölkələri və digər regionlar da nəzərdən keçirilir.
"AzPolitika.info"

Şərhlər
Deyəsən Tramplin Rusiya ayın 8-də sanksiya tətbiq edəcəyini bildirmişdi. Ayın 8 oldu amma bunlar hansısa görüş olacağından danışır və beləliklə Tramp yenə də yalançı çıxır.... Vallahi Putin Tramplini hər dəfə açıq aşkar dolayır vaxt qazanır və müharibədə mütləq üstünlük qazanmaya qədər heç bir danışıqlara getməyəcək ..