Ehtiyatda olan polkovnik Rasim İbrahimov vəfat edib.

“AzPolitika" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb.

Onun üç ildə ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, Rasim İbrahimov uzun illər Azərbaycan Ordusunda xidmət edib. Birinci ordu korpusunun,  daha sonra Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi işləyib. O, 2020-ci ildə ehtiyata buraxılıb.

Onu da qeyd edək ki, R.İbrahimovun adı ordudakı 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin keçmiş rəisi polkovnik Cəlal Kazımov və digərlərinin məhkəməsində hallanıb.