Menu

Putin Trampa “seçki dərsi” keçib - ABŞ Prezidenti razı qalıb

16.08.2025, 10:10
Putin Trampa “seçki dərsi” keçib - ABŞ Prezidenti razı qalıb

Vladimir Putin Donald Trampa görüşdə deyib ki, Tramp 2020-ci ildəki seçkiləri “ABŞ-nin səhv seçki sisteminə görə” Co Baydenə uduzub.

“AzPolitika” xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

Trampın sözlərinə görə, Putin onunla razıdır ki, poçtla səsvermə ədalətli seçkilərə təhlükə yaradır: " Vladimir Putin ağıllıdır. O, poçtla səsvermə ilə ədalətli seçkilərin mümkün olmadığını söylədi”.

Tramp deyib ki, indi dünyanın heç bir ölkəsi bundan istifadə etmir.

Tramp həmçinin bildirib ki, Putin onun “seçkilərdə böyük fərqlə qalib gəldiyini” söyləyib və “Əgər o zaman Tramp prezident olsaydı, bu müharibə baş verməzdi” deyib.

Belə görünür ki, Tramp Putin Rusiyasının özündə seçkilərin necə “şəffaf və ədalətli” keçirilməsindən xəbərdar deyil…

“AzPolitika.info”

Şərhlər

Mirzə 2025-08-16 11:16:31

Putin Trampın zəif yerinin onu tərifləmək olduğunu gözəl bilir və bundan ustalıqla istifadə edərək, əsas məsələdən yayına bildi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol