Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.
Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.
Daha sonra Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvə hədiyyə edib.
Tədbirdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov dedi: Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.
Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək istəyirəm. Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.
Təşəkkür edirəm.
Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. Onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var - “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. Bir daha təşəkkür edirəm. Burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. Afərin olsun sizə.
Qeyd edək ki, bu cins öz adını Türkmənistanın Axal vilayətindəki Teke qəbiləsindən alıb. Yaşı təqribən 3000 il əvvələ – qədim Orta Asiya dövrlərinə gedib çıxır. Arxeoloji tapıntılar və qədim yazılı mənbələr sübut edir ki, “Axaltəkə” atları erkən türklər və saklar dövründən bəri yetişdirilir.
O dövrlərdən bəri bu atlar əsasən sərkərdələrin istifadə etdiyi heyvanlar idi.
.jpg)
Onlar sürətli, dözümlü və mübariz ruhlu olduqları üçün tez-tez müharibələrdə və uzun səfərlərdə istifadə edilirdi. Makedoniyalı İsgəndər və I Daranın ordularında da bu at cinsinin izlərinə rast gəlinib.
O, estetik görünüşü ilə dərhal seçilir. Bədəni yığcam, incə və uzunayaqlıdır. Hündürlüyü 150–165 sm aralığında dəyişir. Çəkisi təxminən 400–500 kiloqrama yaxındır.
Dəri və tük örtüyü çox nazikdir ki, bu da atın əzələ quruluşunu aydın şəkildə göstərir.
Qızılı metal parıltılı rəng bu cinsi digərlərindən fərqləndirir. Bu parıltı nadir genetik xüsusiyyət sayılır.
.jpg)
“Axaltəkə” atları çox ağıllı, sadiq və həssasdır. Onlar sahibi ilə güclü emosional bağ yarada bilirlər.
Onlar hazırda qorunan nadir at cinslərindən hesab olunur. Dünyada təxminən 6–7 min “Axaltəkə” atı olduğu təxmin edilir.
Əsas yetişdirmə mərkəzi Türkmənistandadır, lakin Rusiya, ABŞ, Almaniya və Fransa kimi ölkələrdə də az sayda fermaları mövcuddur.
Bu at Türkmənistanın milli rəmzlərindən biridir. Onun şəkli pullarda, dövlət loqosunda, hətta pasportların üzərində yer alır. O, güc, zəriflik, sədaqət və qədim irsin simvolu sayılır.
Bunlarla yanaşı, “Axaltəkə” təkcə gözəl və nadir cins deyil, həm də minilliklərin sınağından çıxmış mədəni irs nümunəsidir.
16.34
***
Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.
Sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.




















Şərhlər