Menu

Şanxayda Əliyevlə Putinin görüşü olacaq? - Peskovdan açıqlama

27.08.2025, 16:37
Şanxayda Əliyevlə Putinin görüşü olacaq? - Peskovdan açıqlama

Kreml Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün keçirilib-keçirilməyəcəyini şərh etməyib.

"AzPolitika" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün mümkünlüyü ilə bağlı suala belə cavab verib: “Hazırda biz ikitərəfli görüşlərin qrafikini hazırlayırıq. Bu görüşləri Çindəki tərəfdaşlarımız tərəfindən təşkil ediləcək ümumi tədbirlər planına daxil etmək lazımdır. Bu plan yekunlaşdıqdan sonra sizi məlumatlandıracağıq”.

Qeyd edək ki, ŞƏT sammiti 31 avqust – 1 sentyabr tarixlərində Çində keçiriləcək. Sammitə dəvət olunanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Ermənistan Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko və digər liderlər var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol