Avqustun 27-dən 28-nə keçən gecə Rusiya ordusu Ukraynanın bir sıra bölgələrinə, xüsusilə paytaxt Kiyevə kütləvi hava hücumu həyata keçirib. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində ən azı 10 nəfər həyatını itirib, 45 nəfər yaralanıb. Həlak olanlar arasında iki azyaşlı uşaq da var.

Raket zərbələri nəticəsində Kiyevdə bir neçə yaşayış binası dağılıb, uşaq bağçası və Kiyev–Xarkiv sərnişin qatarı hücumun hədəfi olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir – dağıntılar altında qalan vətəndaşların olduğu ehtimal olunur.

Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi statistikaya görə, Rusiya tərəfindən bu hücum çərçivəsində ümumilikdə: 563 dron1 "Kinjal" hipersəs raketi7 "İsgəndər" ballistik raketi18 "X-101" qanadlı raketi atılıb.

Hücumların intensivliyi və miqyası son ayların ən genişmiqyaslı hava hücumlarından biri kimi qiymətləndirilir.

Ukrayna Prezident Administrasiyası və beynəlxalq təşkilatlar Rusiyanın bu hücumlarını mülki əhaliyə qarşı yönəlmiş müharibə cinayətləri kimi qiymətləndirirlər.

"AzPolitika.info"