2025/26 mövsümündə "Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsindəki şansları təhlil edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Football Meets Data" statistik platforması məlumat yayıb.
Məlumata görə, 1/8 finala birbaşa vəsiqə qazanacağı ehtimal edilən komandalar arasında "Arsenal", "Liverpul", "Real Madrid", "Barselona", "İnter", "Mançester Siti", "Çelsi" və PSJ yer alır.
"Qarabağ"ın bu mərhələyə çıxmaq şansı çox aşağı qiymətləndirilib – cəmi 0,1%. Platforma Ağdam klubunun ilk 24 komanda arasında yer tutmaq ehtimalını 9% olaraq göstərib.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasındakı ilk matçını sentyabrın 16-da "Benfika" ilə keçirəcək.
"AzPolitika.info"


Şərhlər