Menu

SABİQ İCRA BAŞÇISI OTELİNİ SATIŞA ÇIXARDI - 235 milyona... + FOTOLAR

09.09.2025, 21:13
SABİQ İCRA BAŞÇISI OTELİNİ SATIŞA ÇIXARDI - 235 milyona... + FOTOLAR

Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədova aid olduğu deyilən otel satışa çıxarılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bina.az” əmlak satışı saytında elan dərc edilib.

Söhbət Sumqayıt şəhəri, Novxanı qəsəbəsində, dənizdən cəmi 300 metr məsafədə yerləşən “Mariana Trench Hotel”-dən gedir. Ümumi sahəsi 18 954 kvadratmetr olan obyektin əsas sahəsi 15 721 kv.m-dir. Dizaynla inşa olunmuş bina hazırda işlək vəziyyətdədir və bütün əşyaları ilə birlikdə satılır.

Satış qiyməti kvadratmetr üçün 15 min manat olaraq göstərilib və ümumilikdə 235,8 milyon manata təklif olunub.

Qeyd edək ki, Razim Məmmədov 2006–2018-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

“AzPolitika.info”


Şərhlər

Vahid 2025-09-10 16:34:14

Xeyir ola sata satdır. Nə baş verir bu talançılar əl ayağa düşüb var dövlətlərini ölkədən çıxarırlar İndi kim 235 milyona obyekt alar. Hamı satırsa

ƏNHU 2025-09-10 02:26:31

Bu nə sathasatdı görəsən? Yəni mətbuata sızan bir şey yoxdu? Ucundan -qulağından camaat da bileydi. Adam 235 milyon pul yığsın bunu bilən-deyən olmasın. İnananı ildırım vursun.

Kasıb 2025-09-09 23:37:04

bundan soruşan varmı pu var-dövləti necə əldə etmisən

Oxucu 2025-09-09 16:50:46

Şəki İcra Hakimiyyətinin başçısı elxan Usubovda obyektlərini satışa çıxarıb..... Çörək zavodunu satıb, qalan obyektləri də satışa çıxaırıb.....?.

molla 2025-09-09 14:00:53

Satışı deyəsən siz aparırsız?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol