Menu

QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI - Taksi qiymətləri kəskin bahalaşdı + FOTO

11.09.2025, 21:05
QADAĞA TƏTBİQ OLUNMAĞA BAŞLANDI - Taksi qiymətləri kəskin bahalaşdı + FOTO

Son günlər yerli mətbu orqanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə taksi sifarişlərinə məhdudiyyət tətbiq olunacağına dair yayılan xəbərlər artıq öz təsdiqini tapıb.

"AzPolitika" xəbər verir ki, artıq hava limanı ərazisinə uçuş üçün başqa taksi operatorları ilə gəlmək mümkün olsa da, çıxış üçün yalnız ərazidəki "London taksi"lərinin xidmətindən yararlanmaq mümkündür.

Belə ki, hava limanı daxilində fəaliyyət göstərən sıravi taksi maşınları, eləcə də "Bolt", "Uber" kimi taksi operatorları ora buraxılmır. Həmçinin taksi operatorlarının mobil tətbiqi vasitəsilə artıq əvvəlki qaydada hava limanından ekonom sinfə daxil olan taksilərlə sifariş mümkün deyil. Ona görə ki, artıq hava limanı ərazisində bu xidmətlər deaktiv edilib.

"London taksil"əri ilə şəhər mərkəzinə gediş haqqı isə 20–25 manat arasında dəyişir. Ancaq bundan əvvəl "Bolt" və "Uber" kimi taksi xidmətləri ilə şəhər mərkəzinə 8-12 manat arası gediş haqqı tələb olunurdu.

Xatırladaq ki, hava limanı tərəfindən ötən günlərdə verilən açıqlamada hər hansı bir məhdudiyyətin olmadığı, mövcud dəyişikliklər olarsa, əvvəlcədən ictimaiyyətə xəbərdarlıq edilcəyi bildirilmişdi. Ancaq görünən odur ki, qurum ictimaiyyəti əvəlcədən məlumatlandırmağı lazım bilməyib və heç bir tender təşkil olunmadan bu fəaliyyətin icrasını yalnız bir operatorun səlahiyyətinə verib. Təbii ki, artıq Azərbaycan reallığında cəmiyyətə qarşı bu cür etinasız davranış qaydaları heç də təəccüb doğuran bir durum hesab olunmamalıdır...

"AzPolitika.info" 


Şərhlər

turan 2025-09-12 11:05:15

Bəyəm Azal təyyarə biletlərini fantastik qiymətə qaldırmaqla az qazanırdıki, bir də taksilərdən qazanmağa başlayır.maraqlıdır heç kimin gözü doymur...

Oxusu 2025-09-12 11:02:05

Büdcə əhalinin cibi hesabına doldurulmalıdır. Başqa yol yoxdur.Bu,bizim hökumətin əsas strategiyasıdır.

rrr 2025-09-11 13:18:22

Derdeee Derd her sheyden pul pul pul

Vətəndaş 2025-09-11 13:10:18

Belə qərarlar.bahalaşmalar hakimiyyətin ölkənin idarə olunmasına kənardan baxması sayılmalıdır.Özbaşınalıq hər yerdə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol