Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"AzPolitika" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Qeyd edək ki, A.Əhmədzadə SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir.
Xatırladaq ki, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
***
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı Ukraynanın fttc.com.ua-ya internet portalı yayıb.
Bildirilir ki, məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.
Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
"Musavat.com"-un mənbələrinin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.
Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.
Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.
Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.
Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.
Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.
Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.
A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.
Qeyd edək ki, A.Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.


Şərhlər
Bu da talançıların növbəti oyunudur. Adnan illərdir xalqa milyardları atır bilən yox idimi. Onun həbs olunmağına da inanmıram. Belə görünür ki getdikcə lap pis olacaq. ....
Dövlət əmlakını mənimsəyən korrupsionerlərə heç bir güzəşt olmamalıdır! Məmurar 5-ildən bir vəzifələri dəyişdirilməlidir, çünki həmin sahəni özəlləşdirə bilməsin. Şəkinin İcra başçısı elxan Usubov 15-ildir ki, Şəkiyə "rəhbərlik" edir, demək olar ki, həmin rayonu o özəlləşdiribdir! Bu adam özü üçün işləyir.....???
Nə gündəyik biz millət. Şirin yuxudayıq yatırıq ona görə də baş verənlərə layiqik. ...
İndiyə kimi bilmirdilər ki o milyadrları haradan alıb lotuluq edir
Qoyardınız axıra kimi yeyb dağıdardı da,o birilər yedi taladı nə oldu ki,onların hamısı kůncdə-bucaqda taladıqlarını rahat həzm edirlər
tek elemez nese)
adnan ahmadzade iş adamı deyil. ömrü boyu dövlət qulluğunda çalışmış neft oğrusudur. ...
Eldar Mahmudova və başqalarına nə etdilər ki buna da nə edələr. Oyundur. Milyardları bu da atıb millətə
Adnan Əhmədzadə kimin oğldur.milliyyəti nədir və bu karyeraya kimlərin vasitəsilə yüksəlib?Bu suallar bütün Azərnbaycanlı milləti düşündürür.Niyə bu adamın atasının adı heç yerdə qeyd olunmur7
Bu Adnanın milliyətini bilən varmı