ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq “The Telegraph”-a geniş müsahibə verib.
“AzPolitika” xəbər verir ki, Kelloq müsahibəsində Donald Trampın əslində, Vladimir Putinə qarşı üzdə görünəndən daha çox qəzəbli olduğunu deyib: "O (Tramp – red.) əsəbiləşib. O, Putinlə şəxsi münasibətlərinin nəticə verəcəyini düşünürdü. Bunun əvəzinə Putin onu aldadır. Prezident Tramp (Putinə qarşı) qapalı qapılar arxasında ictimaiyyət qarşısında olduğundan daha çox qəzəblidir".
Bundan başqa, general Ukraynada müharibəni bitirmək yolu ilə bağlı mövqeyinə görə Trampla razılaşmadığını etiraf edib. O, müharibənin danışıqlardan öncə atəşkəs yolu ilə başa çatmasının tərəfdarı olduğunu deyib: "Problem ondadır ki, Putin qalib gəldiyini düşünür, ona görə də hələ ki, sülhə razı olmayacaq. Tramp ilk növbədə sülh danışıqlarına üstünlük verir. Mənsə ilk olaraq atəşkəsə üstünlük verirəm, çünki atəş kəsiləndən sonra onu bərpa etmək çətindir".
Kelloq Rusiyanın böyük insan itkilərinə nə dərəcədə məhəl qoymadığına da diqqət çəkib: "Təəccüblüdür. Rusiya insan həyatına biganədir. Onun ictimaiyyəti də həmçinin. Dəhşətli olan da budur”.
Eyni müsahibədə Kelloq bəyan edib ki, Ukrayna Rusiyanın artıq Donbasın böyük hissəsini işğal etdiyi reallığı ilə barışmalı olacaq, lakin bu, Rusiyanın bu ərazilər üzərində suverenliyinin hüquqi cəhətdən tanınması demək deyil.
Kelloq həmçinin etiraf edib ki, Rusiya ilə ABŞ arasında dostluq münasibətlərinin bərpası, nə qədər ki, Vladimir Putin sağdır, mümkün deyil.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər
Bütün avropa üstəlikdə Trampın bu yəhudi köməkçisi rusya ukrayniya müharibəsini yalnız qızışdırırlar,oxşuyur Tramp bu muharibənin doğurdanda nüvəyə çevirilməsini anlayır amma onun ətrafı müəyyən təxribatlarla ABŞ- nı bu muharibəyə şərik etmək istəyirlər.