ABŞ prezidenti Donald Trampı daşıyan prezident helikopteri Marine One havada olarkən lazerli hücuma məruz qalıb. 

Xarici KİV-lərin yazdığına görə, hadisə pilotun görmə qabiliyyətinə mane olub, toqquşma riski yaradıb, lakin helikopterin qəzaya uğramasının qarşısı alınıb.

Vaşinqtonda baş verən hadisədə lazer şüasını vertolyota tuşlayan şəxs təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Şübhəli bir neçə yerə lazer şüası vurduğunu da etiraf edib.

Federal Aviasiya Administrasiyası (FAA) lazer şüalarının göstərilməsinin pilotlar üçün "ciddi təhlükəsizlik təhlükəsi" yaratdığını bildirib.

FAA hesabatlarına görə, lazer şüaları pilotların görmə qabiliyyətinə mane ola biləcək və qəzalara səbəb ola biləcək ən təhlükəli xarici elementlər sırasındadır.

"AzPolitika.info"