Azərbaycanın iqtisadi inkişaf tempinin getdikcə azalması ölkəmizin bir sıra makroiqtisadi göstəricilərə görə qonşu ölkələrdən geri qalmasına səbəb olur.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Azərbaycanla Gürcüstan arasında iqtisadi, sosial vəziyyət, biznes mühiti, vergilər və s. göstəricilərlə bağlı paralellər aparıb.
Təəssüf ki, bu sahələrin bir çoxunda vəziyyət ölkəmizin xeyrinə deyil: “Müstəqillik tarixində ölkələr arası fiziki şəsxlər arasında pul köçürmələr izlənilən dövrdən bəri ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr, bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var.
Bu yay iki dəfə Gürcüstanda oldum, qohum-tanışlardan eşitdiyim, gözümlə gördüyüm mənzərə belə idi ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gələn insanların sayı kəskin artıb. Tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa insani rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar yeməyi, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedici idi.
Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda bir neçə dəfə işlərinə maneələr yaradılandan sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumların üzlərini belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər.
Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4,047 dollar, Ermənistan - 3,869 dollar.
2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9.61 min dollar, Ermənistan – 8.86 min dollar, Azərbaycan – 7.43 min dollar.
Bu ilin, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir.
Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir. Görəsən bizim hökumət bu mənzərədən məmnundurmu?! Məmnundurlar ki, Nazirlər Kabinetinin, İqtisadi Şuranın iclaslarında hər şeydən danışırlar, bircə problemlərdən, onların həlli yollarından başqa...“
“AzPolitika.info”

Şərhlər
hökumətin vətəndaş heç vecinə deyil
Bir balaca magaza acirsan FHN deyir naqillere gore ver PPX gelir ver sahe muvekkili gelir ver vergi deyir ver azersu deyir saygaci ora yox bura qoymaliydin ver ona gore de insanlar bezir
Bizim memurlari ancaq öz menfetleri maraqlandır. Vetenfası düşunsəydiler heç olmasa gürcüstanla quru yolunu açardılar ki heç olmasa serbest gedib gelmek olsun
Natiq bəy vallah adam dəhşətə ğəlir, heç bir təbii resursu olmayan Ğürcüstanın, Ermənistanın inkişaf tempinə baxanda.10 ildən sonra biz nə edəcəyik?.
Hakimiyyət vəəndaşını düşünsəişsizliyin arşsınıalmaqüçün hərəkət edər.30 idir bu hərəkət görünmür.hakimiyyət Azərbaycanlı xalqı özünə yad sayır.Yoxsa keçən müddətdə heçolmasa bir iri zavod.fabrika yaradardı .ölkəni impordan asılı vəziyyətə salmazdı.Adi alt paltarı belə xaricdən gətirilir.
Işlər ucuz verilir, həmkarlar işləmir, makler və alverçilər qazanır, ev yoxdu, baha satılır, rəqabət mühiti))) sertifikatı ver getsin işləsin nə rəqabəti işlər vahid bir mərkəzə gəlməli hər sahənin öz ittifaqı olmalı işlərin qiymətinə baxıb həmdə ustaların keyfiyyətli iş görməsinə nəzarət etmək üçün. Yığışdırın bu makler və alverçiləri imkan yaradın bu insanlar qazancını cibinə qoya bilsin
Bedbaxtcılıq )))
Hələ Gürcüstanda nə neft var nə də qaz.
Çox gözəl mövzudur, Hökumətinin başı qarışıb Qarabağ bölgəsinə məmurlar xalqa divan tutur bu qədər sərvəti olan xalq Gürcüstan kimi xırda dövlətə işləməyə getməsi dövlət üçün utan vericidir
Xəbərin başlığı möhtəşəmdir : “İndi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir... Hökumət bu mənzərədən məmnundurmu?” Bu suala hökumətin cavabı 100% ehtimalla belə olacaq : " Bəli , hökumət bu durumdan inanılmaz dərəcədə məmnundur. "
Əhalinin 10-15%-i əla yaşayşr. Bu yuxarılar üçün əsas meyardır, Nazirlər Kabineti üçün də. Qalan 85-90% yuxarıları maraqlandırmır.
Sadəcə, utancverici. Hökümət və hakimiyyətin bəzi qollarının (xüsusən də qanunverici hakimiyyətin bəzi mənsublarının) nümayəndələrinin bu məlumatlardan xəbərləri varmı əcaba. Utanırlarmı ki, Ölkə Başçısını arxayın salmaq üçün, il boyu iqtisadi artımla bağlı püsgürdükləri rəqəmlər hamısı fiksiya olub. İllərdir bunu öncədən görən ağıllı mütəxəssislər haray salır ki, gəlin Özəl sektorun inkişafına şərait yaradın. Sahibkarlara kənar müdaxilələri yığışdırın. Neftdən gələn gəlirlərdən bu sahənin inkişafına vəsait ayırın. Eşidilmədi, edilmədi, bu da nəticəsi. İndi buyurun bu hesabatı oxuyun. Heç bir təbii sərvəti olmayan, Cənubi Qafqaz ölkələrindən iqtisadi artımda, yəni UDM da nə qədər geriyik biz.
Hökuməti Azərbaycan vətəndaşının güzəranı,yaşayışı maraqlandırırmı?Öncə bu suala aydınlıq gətrmək vacibdir.Vətəndaş yaşamır.sadəcə ölməmək üçün dirənməyə məcbur qalıb.sürünür..
Sadəcə, utancverici. Hökümət və hakimiyyətin bəzi qollarının (xüsusən də qanunverici hakimiyyətin bəzi mənsublarının) nümayəndələrinin bu məlumatlardan xəbərləri varmı əcaba. Utanırlarmı ki, Ölkə Başçısını arxayın salmaq üçün, il boyu iqtisadi artımla bağlı püsgürdükləri rəqəmlər hamısı fiksiya olub. İllərdir bunu öncədən görən ağıllı mütəxəssislər haray salır ki, gəlin Özəl sektorun inkişafına şərait yaradın. Sahibkarlara kənar müdaxilələri yığışdırın. Neftdən gələn gəlirlərdən bu sahənin inkişafına vəsait ayırın. Eşidilmədi, edilmədi, bu da nəticəsi. İndi buyurun bu hesabatı oxuyun. Heç bir təbii sərvəti olmayan, Cənubi Qafqaz ölkələrindən iqtisadi artımda nə qədər geriyik biz.