Menu

Azərbaycan 8 ayda Rusiyaya 814 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib

30.09.2025, 10:40
Azərbaycan 8 ayda Rusiyaya 814 milyon dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 220,2 milyon ABŞ dolları olub.

Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2,4 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.

Şərhlər

Rəhim 2025-09-30 11:20:19

Bura geri qaytarılan məhsullar da daxildir7

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol