Menu

Azərbaycanın qızıl ixracı 2 dəfədən çox artıb

30.09.2025, 10:54
Azərbaycanın qızıl ixracı 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 210.7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2024-cü ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 96.1 mln. dollar təşkil edib. Beləliklə, 2025-ci ildə qızıl ixracı 2.2 dəfə artıb.

Qeyd edək ki, təkcə avqust ayında Azərbaycan xaricə 32 mln. dollarlıq qızıl tədarük edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49.5% çoxdur.

Şərhlər

kamran 2025-09-30 16:06:04

Burada maxinasiya olduğunun sübuta ehiyacı yoxdur.Əgər Azərbaycana qızıl lazımdırsa,qoy öz qızılımız özümüzdə qalsın.buna başqa izah varmı?

Vətəndaş 2025-09-30 11:18:26

Maraq! ! Bir yandan öz qızılımızı ucuz xaricə satırıq (Pulu haragedir-bəlli deiy ).O biri yandan xaricdən dünya qiymətinə qızıl alınır.Bunu necə anlamaq olar? Kim bunu əsaslı ıziah edər7

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol