ABŞ Prezidenti Donald Tramp 2021-ci ildə hesabının bağlanması səbəbilə "YouTube"-a qarşı açdığı məhkəmə işində qalib gəlib.
Nəticədə platforma Trampa 24,5 milyon dollar ödəməklə bağlı razılaşmaya gedib.
"Wall Street Journal"-ın məhkəmə sənədlərinə əsaslanan məlumatına görə, ödəniləcək məbləğin 22 milyon dolları Trampa, qalan 2,5 milyon dollar isə yazıçı Naomi Volf və Amerika Mühafizəkarlar İttifaqı (ACU) daxil olmaqla digər iddiaçılara veriləcək.
Qeyd edək ki, Trampın "YouTube" hesabı 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə edilən hücumun ardından dayandırılmışdı. Bununla əlaqədar Tramp həmin il platformaya qarşı məhkəmə iddiası qaldırmışdı.
"AzPolitika.info"


Şərhlər