Menu

Ləmbəranski bu qurumda müşavir oldu - Prokurorluqda qulluq keçməsinə xitam verildi

01.10.2025, 21:03
Ləmbəranski bu qurumda müşavir oldu - Prokurorluqda qulluq keçməsinə xitam verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinə müşavir təyin edilib.

Bu barədə Dövlət Agentliyindən bildirilib.

Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşavir təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən medianın sorğusuna cavab olaraq bildirilib ki, İbrahim Ləmbəranskiyin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib

Qeyd edək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol