Menu

Milyarderin əleyhinə ifadə verən şahid necə ölüb?- Süleymanovun işində qaranlıq məqamlar

04.10.2025, 11:25
Milyarderin əleyhinə ifadə verən şahid necə ölüb?- Süleymanovun işində qaranlıq məqamlar

Rusiya hüquq-mühafizə orqanlarının “iş prinsipləri” nəzərə alınsa, yeni həbs edilmiş dağıstanlı milyarder İbrahim Süleymanovun işindəı qaranlıq məqamların ortaya çıxması gözlənilən idi. Belə ki, Rusiya mediasının yazdığına görə, “əvvəlki illərdə” törədilmiş qətldə şübhəli bilinən Süleymanovun həbsindən sonra onun əleyhinə ifadə verən(həbs məhz bu ifadə əsasında həyata keçirilib-red.) 55 yaşlı Abakar Darbişev müəmmalı şəkildə dünyasını dəyişib.

“AzPolitika” xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, oktyabrın 1-də xüsusi təyinatlılar tərəfindən Moskva vilayətinin Odintsovo şəhərində saxlanılan “şahid” Darbişev “infarktdan” dünyasını dəyişib. Ölümün dəqiq vaxtını açıqlamayıb. 

Lakin hüquq-mühafizə orqanlarına yaxın “VÇK-OQPU” kanalının məlumatına görə, hadisə "onun ifadəsindən dərhal sonra - Mərkəzi İnzibati Dairə Daxili İşlər İdarəsinin qarşısındakı əməliyyatçının avtomobilində" baş verib. Yəni, “şahid” ifadə verən kimi, ölüb...

Kanalın istinad etdiyi sızmalara görə, hazırda ölən şəxs 1990-cı illərdə dağıstanlı mütəşəkkil cinayətkar qruplaşmasının lideri olub.

Sözügedən milyarderə gəlincə, o, "əvvəlki illərdən olan" qətldə şübhəli bilinir. Ona qarşı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin mərkəzi aparatı tərəfindən aparılır.

Cümə günü Moskva məhkəməsi Süleymanovun işi üzrə daha bir müttəhim, qətldə təqsirləndirilən Abakar Darbişevin qardaşı oğlu, 24 yaşlı Məhəmməd Darbişevi də həbs edib. Bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. Lakin o, özünü təqsirli bilməyib və ifadəsindən imtina edib.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol