Menu

İpoteka kreditlərinə tələb azalıb

04.10.2025, 14:12
İpoteka kreditlərinə tələb azalıb

İpoteka kreditləşməsi son illərdə ümumilikdə artım nümayiş etdirsə də, son dövrlərdə artım tempi azalmaqdadır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilib ki, 2020-ci ildən etibarən ipoteka kreditlərinin həcmi yüksəlib, lakin 2023-cü ildən etibarən artım tempində azalma müşahidə olunub. Vurğulanıb ki, bu azalma həm tələb, həm də təklif amilləri ilə izah oluna bilər. "Belə ki, ev qiymətlərinin yüksək artım tempi və yeni verilən ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı ipoteka kreditlərinə olan tələb artımının səngiməsinə səbəb olub. Eyni zamanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kreditlərinin limitli olması və bankların maliyyələşmə strukturu onların öz vəsaitləri hesabına ipoteka kreditləşməsi imkanlarını məhdudlaşdırır”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.

Şərhlər

Elşən 2025-10-04 17:07:27

İpateka krediti almaq üçün xalqda pul qoymalısınız hər bir şey 50% artır əmək haqqı 10% bəzi işlərdə artır xalq hansı gününə bu faizlə ipateka alsın

Rasim Quliyev 2025-10-04 16:50:12

Ipoteka reqemleri 1 dollar 0.78 olan reqemlerdir 4 % 100000 ,8% 150000 bunu artirmaq lazimdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol