Menu

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək

06.10.2025, 11:25
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək

Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqları baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol