Menu

İsrail və HAMAS arasında danışıqlar gedir - YENİLƏNİB

06.10.2025, 20:17
İsrail və HAMAS arasında danışıqlar gedir - YENİLƏNİB

Misirdə ABŞ-nin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlar başlayıb.

Bu barədə "Report" "Əl-Cəzirə"yə istinadən xəbər verir.

HƏMAS cümə günü ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzza üzrə sülh planına cavabını təqdim edib. Qeyd olunası məqam odur ki, fələstinli qruplaşma Qəzza administrasiyasını bir qrup texnokratlara təhvil verməyə və fələstinli məhbusların qarşılığında bütün israilli məhbusları azad etməyə razılaşıb.

ABŞ Prezidenti bu cavabı alqışlayıb və İsraili bombardmanı dərhal dayandırmağa çağırıb. Bununla belə, agentliyin məlumatına görə, HƏMAS-ın cavabından sonra 72 saat ərzində İsrailin hücumları nəticəsində Qəzzada azı 130 fələstinli həlak olub.

***

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS təçkilatının nümayəndə heyətləri arasında bir başa təmas olmadan danışıqlar gedir.

Bu barədə yerli “Al Qahera News” nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı girovlar və məhbusların dəyişdirilməsi mexanizmi də müzakirə olunur.

İsrail tərəfinə Ron Derman, HAMAS nümayəndə heyətinə isə Qəzzada təçkilatın rəhbəri Xalil əl-Hayya başçılıq edir. ABŞ, Misir və Qətər diplomatları da bir başa təmas olmadan aparılan danışıqlarda iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol