Menu

Peskov Əliyevlə Putinin telefon danışığı haqda danışdı - "Bu, çox önəmlidir”

07.10.2025, 15:49
Peskov Əliyevlə Putinin telefon danışığı haqda danışdı - "Bu, çox önəmlidir”

Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığını əhəmiyyətli hesab etdiyini bildirib.

“AzPolitika” TASS agentliyinə istinadla xəbər verir ki, Peskov bu barədə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev həmkarı Vladimir Putinə zəng edərək onu doğum günü münasibətilə təbrik edib.

“Telefon danışığı zamanı bir sıra digər mövzular da müzakirə olunub. Bu, çox önəmlidir”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla əlaqə saxlayaraq onu ad günü münasibətilə səmimi qəlbdən təbrik edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol