Rusiyanın İqtisadi İnkişaf Nazirliyi “Открытие Холдинг”in baş direktoru Ruben Aqanbekyanın müstəqil direktor qismində “Vneştorqbank” (VTB) Müşahidə Şurasına daxil edilməsi təklifini irəli sürüb. Virtualaz.org saytı xəbər verir ki, bu informasiya “Росимущество”nun materiallarında yer alıb.

Aqanbekyan soyadı azərbaycanlılara yaxşı tanış olduğundan bu təqdimat maraq və suallar doğurmaya bilməz. Sual yaranır: Ruben Aqanbekyan 80-ci illərin sonlarında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsas təşəbbüskarlarından biri olan, bunun hətta “iqtisadi əsasları”nı da hazırlayan (bu mülahizələr özünü sonradan əsla doğrultmasa da) həmin o bədnam akademik Abel Aqanbekyanın qohumu, yaxını deyil ki?

Hətta səthi bir araşdırma da bu suala cavab tapmağa kifayət etdi. Məlum oldu ki, Ruben Aqanbekyan erməni mənşəli sovet iqtisadçı-alimi, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru Abel Aqanbekyanın doğmaca oğludur.

Abel Aqanbekyan yenidənqurma illərində Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. SSRİ-nin dağılmasına var gücləri ilə çalışanlar arasında məhz bu iki şəxs - A.Aqanbekyan və Qorbaçovun digər erməni köməkçisi Georgi Şahnazarov da var idi.

[caption id="attachment_80594" align="alignleft" width="300"]

Ruben Aqanbekyan[/caption]

Bəri başdan və açıq demək lazımdır ki, Ruben Aqanbekyanın VTB-yə namizədliyi Azərbaycan üçün qətiyyən məqbul sayıla bilməz. Əlbəttə, Rusiya öz bankının rəhbər orqanlarına kimi istəsə, onu da təyin edə bilər, buna hüququ var. Lakin indiki halda bu məsələnin Azərbaycanın maraqlarına birbaşa aidiyyəti var. Bunu anlamaq üçün xüsusi istedad və ya bilik sahibi olmağa ehtiyac yoxdur.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov artıq VTB Müşahidə Şurasında üzv kimi təmsil olunur. Özü də Mövsümovu bu şuranın tərkibinə, necə deyərlər, qara qaşına-gözünə görə qəbul etməyiblər. Məsələ burasındadır ki, Azərbaycan Dövlət Neft Fondunun böyük məbləğdəki vəsaitləri bu banka sərmayə kimi yatırılıb. Bu mənada Ş.Mövsümovun həmin pullarla necə davranıldığını müşahidə etmək, proseslərə nəzarət etmək hüququ var. Azərbaycanın Dövlət Neft Fondu VTB-nin səhmlərinin 2,99 faizini həLə ötən il 500 milyon dollara alıb. Buna görə də Ş.Mövsümov VTB Müşahidə Şurasına müstəqil üzv kimi daxil olub.

Bəs erməni Aqanbekyanın oğlu necə olacaq? Böyük ehtimalla Ruben Aqanbekyan da VTB Müşahidə Şurasına müstəqil üzv kimi daxil ediləcək.

42 yaşlı Ruben Aqanbekyan artıq belə gənc yaşında bir neçə yaxşı maaşlı vəzifəyə sahiblənə bilib. Belə ki, “Петрокоммерц” bankının Direktorlar Şurası onu bu il iyunun 19-da şuranın sədri seçib. Ruben Aqanbekyan paralel olaraq “Открытие Холдинг” ASC-nin baş direktoru və İdarə Heyətinin sədridir. İndi isə onu VTB-də yağlı vəzifəyə itələyirlər.

[caption id="attachment_80595" align="alignleft" width="300"]

Şahmar Mövsümov[/caption]

Lakin dediyimiz kimi, VTB Azərbaycanda həm də ona görə tanınır ki, bizim Şahmar Mövsümov da onun Müşahidə Şurasında üzv kimi təmsil olunur. Üstəlik, VTB-nin Azərbaycanda da geniş filiallar şəbəkəsi var.

Virtualaz.org saytının bu yaxınlarda dərc etdiyi araşdırmada da qeyd olunurdu ki, Rusiya banklarının zərərlə işlədiyi bir vaxtda VTB-nin Azərbaycan filialı yüksək gəlirlə işləyir. Deməli, bankın Azərbaycanda ikiqat qazancı - bir tərəfdən, 500 milyon dollarlıq sərmayəsi, digər tərəfdən isə yaxşı gəliri var.

Bu məqamın “erməni papasının gül balasını” VTB-də vacib posta itələməyə çalışan Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəgindən nəzərə alınması yaxşı olardı. Rusiyanın Ermənistana birbaşa və ya dolayı yollarla yardım göstərməsi, ermənilərə Rusiyada hər cür imtiyazların yaradılması azmış kimi indi də bir ermənini Azərbaycana bağlı qurumda mühüm posta gətirmək hər halda suallar və şübhələr yaratmaya bilməz.

İndi belə çıxır ki, Qarabağ münaqişəsini alovlandıran şəxslərdən birinin oğlu bizim Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla yanaşı oturmaq və bu fondun pullarına nəzarət etmək imkanı qazanacaq.

Ruben Aqanbekyanın VTB üçün nələr etdiyi, bu banka nə qədər pul qoyduğu məlum deyil. Amma indi o, bu bankda böyük posta iddia edir. Şahmar Mövsümovun bundan sonra VTB Müşahidə Şurasının iclaslarına qatılıb-qatılmayacağı da bəlli deyil. Bu isə indidən gün kimi aydındır ki, erməni mənşəli bankir Azərbaycanın pullarından Ermənistanın xeyrinə faydalanmağa və Azərbaycana ziyan vurmaq üçün əlindən gələni etməyə 100 faiz çalışacaq. Erməni xisləti bizə yaxşı tanış olan məsələdir...

Bu yerdə sual yaranır: rəsmi Bakının bundan sonra VTB ilə sıx əməkdaşlıq etməyinə, ona investisiya yatırmağına, böyük zəiyyətlə qazanılmış pulları riskə atmağına dəyərmi?

Maraqlıdır ki, bu posta bir neçə nəfər iddia edir. Lakin Ruben Aqanbekyan daha yuxarı instansiyadan məsələhət görülüb.

Zənnimizcə, Azərbaycan tərəfi azərbaycanlıların açıq-aşkar düşməni olan bir şəxsin bizim pullarımıza çıxışının qarşısını almaq üçün indidən tədbir görmək barədə düşünməlidir. Hələ vaxt və imkan varkən...