Menu

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi - FOTO

10.10.2025, 17:26
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi - FOTO

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni Baş direktoru seçilib.

"AzPolitika"-nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, xəstəxanaın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 09.22.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə, ayın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

Şərhlər

Хагани 2025-10-10 18:35:41

Кожаные красочки блу баретт

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol