Menu

NATO müttəfiqləri oktyabrın 15-də Ukraynaya silah yardımı ilə bağlı bəyanat verəcək

14.10.2025, 22:24
NATO müttəfiqləri oktyabrın 15-də Ukraynaya silah yardımı ilə bağlı bəyanat verəcək

ABŞ-nin müttəfiqləri 15 oktyabrda Ukraynaya silah alınması üçün vəsait ayrılması ilə bağlı mühüm bəyanatla çıxış etməyi planlaşdırır.

APA "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

Onun sözlərinə görə, Ukrayna əsasən Avropa tərəfdaşları tərəfindən maliyyələşdirilən PURL proqramı çərçivəsində ABŞ-dan silah almaq imkanına malikdir.

ABŞ rəsmisi əlavə edib ki, proqram “stabil və səmərəli şəkildə” fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol