Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin miqyası genişlənməkdədir.
İstintaq çərçivəsində artıq onun uzun illər yaxın çevrəsində yer alan və müxtəlif dövrlərdə birgə fəaliyyət göstərmiş şəxslərin də adları hallanır.
Onlardan biri — sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri Elton Arzuman oğlu Məmmədovdur.
O, hazırda AMEA Sosial Xidmətlər şöbəsinin müdiridir.
Elton Məmmədov kimdir?
Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub.
O, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə sabiq prorektoru, AMEA Yüksək Texnologiyalar Parkının sabiq direktoru və AMEA İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
![]()
Məmmədov həmçinin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Bu fakt onun dövlət sistemindəki əlaqələrinin uzun illər çoxşaxəli olduğunu göstərir.
Rusiya ilə yaxın əlaqələr – “Tomsk xətti”
Elton Məmmədovun adı son illər Rusiya elmi və ictimai dairələri ilə sıx münasibətləri ilə də gündəmdə olub.
O, müxtəlif illərdə bir sıra rus dövlət və ictimai təşkilatları tərəfindən mükafatlandırılıb.
Onun aldığı təltiflər arasında bunlar xüsusi diqqət çəkir:
-2004-cü ildə “Tomsk şəhərinin fəxri sakini” adına layiq görülüb;
- 2006-cı ildə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib;
- 2019-cu ildə həmin universitetin “fəxri məzunu” adını alıb;
- MDB Parlamentlərarası Assambleyasının “Содружество” (Əməkdaşlıq) ordeni ilə təltif olunub;
- Baltik Assambleyasının medalı və Çelyabinsk Traktor Zavodunun “Əməkdə fərqlənməyə görə” qızıl döş nişanı ilə təltif edilib.
Bu mükafatların əksəriyyəti Rusiya və MDB strukturları tərəfindən təqdim edilib və bu fakt onun Moskva elmi-siyasi dairələri ilə sabit əlaqələrini təsdiqləyir.
Ramiz Mehdiyev işi ilə kəsişən məqamlar
Məlumatlı mənbələrin "Musavat.com"-a bildirdiyinə görə, Ramiz Mehdiyevlə bağlı araşdırmalarda bir sıra “epizodlarda” Elton Məmmədovun da adı keçir.
Xüsusi ilə Ramiz Mehdiyevlə birlikdə çalışdığı dövrlərdə — bir sıra maliyyə pozuntularında iştirakı ehtimal edilir. Məlumatlara əsasən, həmin illərdə Akademiyanın strateji inkişaf layihələri və innovasiya proqramları adı altında ayrılan dövlət vəsaitlərinin bir hissəsi şişirdilmiş xərclər, saxta müqavilələr və “elmi qrant” adı altında həyata keçirilən pul köçürmələri vasitəsilə mənimsənilib. Bu əməliyyatlar üzrə sənədlərdə həm Ramiz Mehdiyevin, həm də Elton Məmmədovun imzaları və təsdiqləri mövcuddur.
![]()
Bu faktlar Ramiz Mehdiyevə qarşı irəli sürülmüş 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamının əhatəsinə daxildir və Elton Məmmədovun da bu epizodlarda birbaşa iştirak ehtimalını gündəmə gətirir.
Mənbələrin sözlərinə görə, söhbət çox böyük məbləğlərdən – milyonlarla manatlıq dövlət vəsaitlərinin mənimsənilməsindən gedir.
Musavat.com-un məlumatlara görə, Elton Məmmədovun da həbsi istisna edilmir.
İddialarla bağlı Elton Məmmədovun da mövqeyini öyrənməyə calışacağıq.
"AzPolitika.info"

Şərhlər
Vəkiliyin Test imtahanından birinci dəfə "89" bal, ikinci dəfə "96" bal toplayıb Respublika birinciliyinə imza atan namizədin Vəkil olmasına anar Bağırov imkan verməmişdir....?
Sonra Hakimliyin Test imtahanından "87" bal, ikinci dəfə "91" bal toplayan və üçüncü dəfə yenədə "91" bal toplayıb Respublika birinciliyinə imza atan, yazılı imtahanı da uğurla verən namizədin Hakim omasına imkan verilməmişdir.....? Test imtahanından 60-65 bal toplayan namizədlər isə Hakim təyin olunmuşlar !
Cənab DTX bütün qurumlarda ramizin adamları olmasını araşdırmalı və onlar haqqında ciddi qanuni tədbirlər görülməlidir ! Dövlətimizə və cənab Prezidentimizə xəyanət edən məmurlar haqqında ciddi qanuni tədbirlər görülməlidir !
DTX sizdən xahiş edirik Vəkillər Kollegiyasının Test imtahanından ən yüksək bal toplayan və Hakimlərin Test imtahanından ən yüksək bal toplayan namizədlərin Vəkil və Hakim olmasına imkan verməmişlər...?
Xahiş edirik araşdırma aparsanız hər şey sizə ayın olar ! Hamısı ramizin adamarıdır.....?
Vəkillər Kollegiyasınıda araşdırmaq lazımdır, çünki yüksək bal toplayan namizədləri Vəkil olmasına anar Bağırov imkan verməyib ...?
eli hesenov Elmira Axundova muteq mesuliyyete celb olunmalidir bnlar bir basa Ramizin bir nomreli adamidir en esasida Elmira Axundova
ay qoca tulku elton sende cavab vereceksen hele harasidi gozle az kecmez seninde qapin doyulecek tesekkur cenab prezident tesekkur DTX
Təcrübə və reallıqlar göstərdi ki, Azərbaycanın mövcud idarəetmə sistemində bəzi adamların 25 -30 il vəzifədə, özü də yüksək postlarda qalması, çox böyük yanlışlıqdır ( hansı ki, illərdir haray salırıq ki, gəlin artıq bu köhnəlmiş mövcud idarə etmə sistemini dəyişmək üçün, Konstitusiyada köklü islahatlara gedək). Çünki, bu adamlar o illər ərzində öz vəzifə səlahiyyətlərindən istifadə edərək, büdcədən və camaatdan o qədər çalıb varlanırlar və çetələşirlər ki, onlar vəzifədən çıxarılsalar da, başında durduqları çetə və kapital işləyir. Bu isə, Dövlətə və dövlətçiliyə böyük təhlükədir və Ölkə Başçısı da bunu hiss etdiyi üçün, əlavə tədbirlərə əl atır. Digər yandan da regonun qonşu dövlətlərinin də Azərbaycana qarşı heç də xoş olmayan münasibətlərini nəzərə alsaq, vəziyyət heç də ürək açan deyil. Özü də indiki həssas bir dönəmdə. Artıq bütün bu məsələlərdə ayıqlıq və görəv dövlətin təhlükəsizliyinə cavabdeh olan orqanların üzərinı düşür. Allah yardımçımız olsun.
Tək Eltonu yox, özü ilə hər iki Əli Həsənovları, Elmira Axundovanı, Gülər Əhmədovanı və s...
elton məmmədov vaxtilə rusiyada bazarda göyərti satardı. Azərbaycana geri qayıdıb qardaşının hesabəna alim deputat və sair oldu.