Menu

Makron parlamenti buraxmağa hazırlaşır

15.10.2025, 09:59
Makron parlamenti buraxmağa hazırlaşır

Fransa Prezidenti Emmanuel Makron hökumətə etimadsızlıq votumu qəbul edildiyi təqdirdə parlamenti dərhal buraxacaq.

APA ICI nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin mətbuat katibi Mod Brejo açıqlama verib.

Parlamentin buraxılmasından sonra ölkədə növbədənkənar seçkilər keçiriləcək ki, bu da mövcud parlament çoxluğunun dəyişməsinə səbəb ola bilər.

Səbastyen Lekornu hökumətinə qarşı narazılıq onun adı ilə əlaqələndirilən pensiya islahatı layihəsi ilə bağlıdır.

Fransız sosialistləri hökumətdən bu layihədən imtina edilməsini tələb edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol