Bu ilin 9 ayında 379 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin sentyabr ayı ərzində isə 45 nəfərin ölkəyə readmissiyası baş tutub. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində baş tutub.


Şərhlər