Məlum olduğu kimi, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri, sabiq AMEA prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişi planı ifşa olunub. Qısaca olaraq qeyd edək ki, məlumatlara görə, Mehdiyevin planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün özünün rəhbərlik edəcəyi müvəqqəti Dövlət Şurası yaradılması təklif olunub. Habelə adıçəkilən qurumda təmsil olunacaq şəxslərlə bağlı məlumat Rusiyanın bu plana dəstək verən dairələrinə ötürülüb.
Media yazır ki, R. Mehdiyev istintaq tərəfindən 7 saat sorğu-sual edilib. Bu zaman onun səhhəti pisləşib, bu səbəbdən onu istintaqdan məhkəməyə deyil, Badamdarda yerləşən malikanəsinə aparıblar. Səbail Rayon Məhkəməsinin hakimi isə onun barəsində qiyabi olaraq 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Şübhəsiz ki, istintaqda Ramiz Mehdiyevə ünvanlanan əsas suallar sırasında dövlət çevrilişində istifadə olunacaq resurslarla bağlı məsələlər dayanır: prosesə hazırlıq necə aparılıb, kimlər iştirak edəcəkdi, onlar arasında iş bölgüsü necə müəyyənləşdirilmişdi, çevriliş cəhdinə qədər hansı işlər həyata keçirilib, xarici qüvvələrin prosesdə iştirakı nədən ibarət olub və s.

Bu sırada keçmiş məmurun topladığı “çevriliş komandasında” yer almış şəxslərin dairəsi maraq doğurur. Əlbəttə, ağır dövləti cinayətdə iştirak etməyə Mehdiyevlə münasibətləri olmuş hər kəs razılıq verməz. Ölkə ictimaiyyətinin Mehdiyevin personasına sözün həqiqi mənasında nifrət etdiyini nəzərə alsaq, onun düşündüyü dövlət çevrilişini həyata keçirmək üçün ölkə daxilində elə də böyük resursunun olmadığını söyləyə bilərik. Hətta belə bir cəhdin ölkədə böyük müqavimətlə qarşılanacağı da şübhə doğurmur. Məhz buna görə Mehdiyev Rusiyanın birbaşa hərbi müdaxiləsi ilə çirkin planını reallaşdırmaq istəyib, ölkədə kütləvi qırğın törətməyə hazır olub…
Bununla belə, icra mərhələsinə qədər irəliləyibsə, deməli, keçmiş “boz kardinalla” birgə addımlayan, onun yanında dayanan müəyyən adamlar da olub. Yəqin ki, istintaqın gedişində bu şəxslərin dairəsi müəyyən ediləcək və məhkəmə prosesində ictimaiyyət onların kimliyindən xəbər tutacaq.
Bu cinayətdə iştiraka kimlər razılıq verə bilərdi? Bu sual ətrafında uzun-uzadı düşünməyə gərək yoxdur. Mehdiyevin Prezident Administrasiyası və AMEA-ya rəhbərlik etdiyi dövrdə müxtəlif sahələrdə yetişdirdiyi, himayə etdiyi kadrlar içərisində onun kimi düşünən, Moskvaya sadiq kifayət qədər xain tapıla bilər.
Məsələn, Milli Məclisin azı 5 çağırışında keçmiş PA rəhbəri tərəfindən birbaşa mandatla təmin edilmiş və Rusiya sevdalısı olan, şəxsi maraqları üçün Azərbaycan xalqına və dövlətinə istənilən xəyanəti etməyə hazır olan deputatlar olub. Mehdiyevin “siyahısı” ilə indiki parlamentin tərkibində yer alanların içərisində də belələrinin olduğu istisna deyil. Yəqin ki, Moskvay göndərilən siyahıda da Mehdiyein "deputat korpusundan" kimlərinsə adları var.

Ramiz Mehdiyevin “ən çox diqqət yetirdiyi” sahələrdən biri icra strukturları olub. O, uzun illər ərzində icra başçılarının təyinatında mühüm rol oynayıb. Yaxın tarixdən məlumdur ki, Mehdiyev kadrlarının rayonlarda at oynatmasına, vətəndaşların hüquqlarını tapdalamasına baxmayaraq, onlara “gözün üstə qaşın var” deyilməyib. Onlardan da bəzilərinin Mehdiyev planında rol alması tamamilə mümkündür.
Eləcə də mərkəzi icra qurumlarında — nazirliklərdə, komitələrdə Ramiz Mehdiyev tərəfindən yüzlərlə kadr yerləşdirilib. Bəziləri nazir, nazir müavini, komitə və xidmət rəhbəri, agentlik direktoru postuna qədər irəliləyib. “Dövlət çevrilişindən” sonra Mehdiyev özünün rəhbərlik edəcəyi Dövlət Şurası yaratmağı planlaşdırdığından, şübhəsiz ki, onun Moskvaya verdiyi siyahıda əsasən yüksək vəzifədə olmuş və ya hələ də olan şəxslər yer alıb. Nəzərə alsaq ki, məmurların Ramiz Mehdiyevə tabelilik münasibətləri olduqca sərt qaydalarla tənzimlənib, onların bir çoxunun indi də onun əmrindən çıxmağa cürət etməməsi tamamilə təbiidir.

Keçmiş PA rəhbəri həm də uzun illər ölkənin ən böyük “biznesmeni” olub. Onun yaxın çevrəsinin əlində milyardlarla dollar dəyərində kapital formalaşıb. Mehdiyev rüşvət və korrupsiya sistemi ilə topladığı nəhəng vəsaitləri yaxın adamları vasitəsilə biznes sferasına ötürərək dövriyyəyə buraxıb. Onun ətrafına məxsus çoxlu sayda daşınmaz əmlak, ticarət və istehsal obyektləri, banklar, turizm şirkətləri, iri torpaq sahələri və digər biznes strukturları olub.
Keçmiş PA rəhbəri həm də ölkədə idxal-ixracla məşğul olan iş adamlarını, tikinti sektorunun ən böyük firmalarını, paralel olaraq büdcə tenderlərini nəzarətdə saxlayıb. Mehdiyevin çevriliş planını reallaşdırmaq üçün həm də onlara, xüsusən də onların əllərində cəmləşmiş kapitala, daxildə və xaricdəki əlaqələrinə “stafka” etdiyi istisna deyil. Şübhəsiz ki, Mehdiyev onları da saf-çürük edib, ən etibarlılarını prosesə qoşmağa çalışıb.

Məlumdur ki, “kəsdiyi başa sorğu olmadığı” dövrlərdə keçmiş PA rəhbəri hüquq-mühafizə orqanlarını, ordunu və məhkəmə sistemini xüsusi diqqətdə saxlayıb. Məlumatlara görə, vaxtilə o, rayon polis şöbələrinə rəis təyinatlarından tutmuş, paytaxtda bölmə rəislərinin kim olacağına qədər qərarları şəxsən verib. Xüsusi xidmət, prokurorluq və ədliyyə orqanlarında da Mehdiyevin sadiq adamları mühüm vəzifələrə gətirilib, onlar da tapşırıqlara uyğun olaraq öz adamlarını yerləşdiriblər. Müdafiə Nazirliyində, orduda Rusiya bağlı hərbçilərin irəli çəkilməsinə, yüksək rütbə almasına çalışıb. Bu istiqamətdə onun ən yaxın müttəfiqinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun olduğu şübhə doğurmur.

Bir sözlə, o, müəyyən dövr hüquq-mühafizə orqanlarında, gömrükdə, hərbidə kifayət qədər şəxsin general rütbəsi almasını təmin edib. Bunların içərisində hələ də vəzifə tutanlar var. İstisna deyil ki, Mehdiyev siyahısının başına hüquq-mühafizə orqanlarında, orduda müxtəlif vəzifələrdə çalışmış və çalışan general, polkovnik paqonu daşıyan bəzi şəxslərin də adını qeyd edib.
Məhkəmə sisteminə gəldikdə isə Ali Məhkəmə, Apellyasiya Məhkəməsi, Ağır Cinayətlər Məhkəməsi və rayon məhkəmələrində daim Ramiz Mehdiyev rüzgarı əsib. Onun hakimlərin təyinatında müstəsna rolu olub, bu sistemə kadrları diqqətlə seçib göndərib. Hazırda onun yaxın qohumlarının bəziləri də hakim olaraq çalışırlar.
Beləliklə, bu sahələrdə hazırda təqaüddə və ya vəzifədə olan xeyli imkanlı şəxslər tapmaq mümkündür ki, Mehdiyevə sədaqətlərini hələ də saxlayıb, ondan gələn təlimatlara həssaslıq nümayiş etdirsinlər.
Keçmiş PA rəhbərinin elm sahəsinə də xüsusi “marağı” olub. Özünü titullu elm adamı obrazında təqdim etməklə yanaşı, elmi qurumların rəhbərliyini də şəxsən “dizayn” edib. Ali Attestasiya Komissiyası, AMEA-nın bütün strukturları, dövlət universitetlərinin bir çoxu onun şəxsi nəzarətində olub.

Xüsusən AMEA-da akademik adı alanları şəxsən müəyyənləşdirib, ona bağlı olmaqdan imtina edən bir çox alimin karyerasını məhv edib. Nəticədə Azərbaycanda elm sahəsində də Mehdiyevin “komandası” formalaşıb. Mehdiyev AMEA-nın başına keçdikdən sonra isə bu qurumda sözün həqiqi mənasında 37-ci ilin repressiyalarını təkrarlayıb, qurumu öz adamları ilə doldurub. Bu gün də həmin qurumda kifayət qədər Mehdiyevçi var və yəqin ki, onlardan da kimlərsə Moskvaya verilən bədnam siyahıda yer alıb.
PA rəhbərinin xüsusi diqqət yetirdiyi, bəlkə də iş gününün yarısını sərf etdiyi sahə media olub. O, televiziyalar, dövlət qəzetləri, eləcə də yaxın adamları vasitəsilə idarə etdiyi “müstəqil” qəzet və saytlara nəzarət edib. Aparıcı mövzular və əsas tezislər Mehdiyevin kabinetində hazırlanıb və ictimaiyyətə ötürülüb.
Onun birbaşa göstərişi ilə Əli Həsənovun milyonçu etdiyi, evlər, bağlar verdiyi, övladlarını vəzifələrə, hüquq-mühafizə orqanlarına yerləşdirdiyi baş redaktorlar var. Təsadüfi deyil ki, PA rəhbərinin üstü açılan çevriliş planında bəzi media rəhbərlərinin də rol alacağı bildirilir. Bu isə Mehdiyevin Moskvaya verdiyi siyahıda keçmiş və indiki media rəhbərlərindən də kimlərinsə adının olduğunu göstərir.

İstisna deyil ki, Mehdiyevin siyahısında özünü konstruktiv və ya radikal kimi göstərən bəzi siyasi partiyaların rəhbərlərinin, QHT sədrlərinin də adı olub. Hansı ki, illər uzunu Mehdiyev tərəfindən “yemləniblər”…
Beləliklə, adları məlum olmasa da, Ramiz Mehdiyevin “çevriliş komandasında” kimlərin ola biləcəyini təxmin etmək mümkündür. Bunlar Vətən xainləri, Rusiyanın “beşinci kolonu”, tutduğu vəzifəyə, aldığı ada, mandata, elmi titula, rütbəyə, sahib olduğu varidata görə Mehdiyevə borclu olanlardır… Ancaq onlardan kimlərin Mehdiyevin planında birbaşa iştirak etdiyi isə istintaqın nəticəsində məlum olacaq… Gözləyək!
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
hormetli DTX siz arada hesablama palatasinida qapisini doyun
Yazılanlara inansaq son 30 ilde bu dövleti veten xainleri,alkaş rusun agentleri idare edib rusun o qabiliyyeti varsa ele öz ailelerini ,dövleti ve milleti idare eder daha milletini it gününde saxlamaz..Deneli bu ölke 30 ilden çoxdur "idare olunmur"?????Hardasan ay Mirze Celil bir başının qaldır gör neler baş verir.
Bu çevriliş ha da olub ne vaxt olub,nece olub ,neçenci ilde olub ki bı milletin xeberi olmayıb .Meger dövlet çerilişi belemi olur?Eger çevriliş olubsa demeli son 30 ilde Azerbaycanda dövletçilik adlı şey olmayıb.Axı Mehdiyev H.Eliyevin en yaxın silahdaşı olub be o H.Eliyevi aldada bilmezdi bu qeyr mümkün meseledir Kimse de ortaya konkret faktlar qoymyr.Ne baş verir bu ölkede
Ramil Usubov ?
Zamanin, cemiyetin inkishafina uygun olaraq sistemin deyishmesinin neticesidir, mutleq ve labuddur, zamanin yetishmesinin neticesidir, yoxsa , Ramiz Mehdiyev omrunun sonuna qeder ishini davam etdirerdi!
RAMIL USUBOV HER ZAMAN RAMIZIN YANINDA GEZIRDI....EVLERIDE YAN YANADIR
.....
..
Cənab Ali Baş Komandan Sizinlə birlikdəyik.Bunların kökünü qazımaqda Sizinlə bir sıradayıq..Allah Qüvvət Versin !
məncə ümumi sözlərdən və fərziyyələrdən artıq işə keçib ramiz mehdiyevin çevriliş komandasında olanların konkret adlarını yazmaq lazımdır.
Allah sizin hamınıza nəhlət eləsin o tərəfli bu tərəfli. İllərdir bu millətin qanını içirsiniz. Milyardlar gələn bir ölkənin xalqını pis günə qoydunuz. Ancaq bir son olacaq. Sonsuz heç nə yoxdur. Kaş ki bu son tez olar biz də görərdik
Bunların birinin sifətində Azəri Türkünə oxşarlıq varmı?
Bunların birinin sifətində Türkə oxşarlıq varmı?
Birini men size eminlikle deyirem bilin. Goranboyun bascisi meherrem quliyev. Savadina ve seristesine gore yox sirf gizli agentura sebekesinin sadiq uzvu oldugundan helede bascidir. onun aile biznesini ve administrasiyadaki derin elaqelerini oyrenseniz hersey aciga cixacaq.
“Axırıncı aşırım” bədii filmində Kərbalayının bir müraciəti var: “Cinə, şeytana oxşayırsan Qəmlo”. Bilmirəm, ALLAH xarici görünüş paylayanda bu bədheybət harada imiş. Heç kimin xarici görünüşündə işim yoxdur. Bu insanın sifətində müsbət heç nə görə bilmədim. Elə bil ki, ALLAH bunu pis işlər görmək üçün yaradıb, üzündən zəhrimar yağır. Bir deyim də var ki, ALLAH insanın daxili aləmini onun sifətinə yazıb. Keçək əsas mətləbə. Hər halda istintaq bu məsələləri müəyyən edəcək. Qanqrena baş verdikdə onun oçaqını müəyyən etmək lazımdır. Əks halda müalicənin xeyri olası deyil. Hazırda oçaq Prezident Administrasiyaslnda yerləşir. Buradan başlamaq lazımdır, əks halda zəhmət hədər olacaq. Bu millətin abır-həyasından irəli gələn bir xüsusiyyəti var: ayıbdır, yaxşı deyil. Elə bunlardı ki, bu milləti uçuruma aparır. Nə varsa, onu demək, prinsipiallıq lazımdı. Sonra yavaş-yavaş Nazirlər Kabinetinə, nazirliklərə, komitələrə, Parlamentə, səhmdar cəmiyyətlərinə, agentliklərə və s. İdarəçiliyə, idarəetməyə yeni nəfəs gətirmək lazımdır. Bir neçə istisnanı çıxmaq şərti ilə bu gün Prtezidentə, onun komandasına uyğun kimisə görmürəm, daha doğrusu görə bilmirəm. Enveroviçin kadrları pərpətöyün toxumu bütün respublikanı başına götürüb. Çoxdan Azpolitikaya şərh yazmırdım. Bu hadisələr fonunda susmaq elə özü cinayətdir. Odur ki, həmvətənlərimi səssiz olmamağa çağırıram. Kimdə nə məlumat varsa, buyursun.