Artıq neçə gündür ki, media və hətta mütəxəssislər belə Ramiz Mehdiyevin aldığı pensiyanın məbləğini tam dəqiqliyi ilə hesablaya bilmir. Ancaq əksəriyyət o fikirdədir ki, 87 yaşlı Mehdiyev hazırda dövlətdən üst-üstə 10-12 min manat pensiya və digər ödənişlər alır.
Azərbaycanda dövlət qulluqçuları, deputatlar, yüksək vəzifəli şəxslərin pensiyası xidmət müddətinə və vəzifəsinin rəsmi maaşına görə müəyyən faizlərlə hesablanır. Məsələn, deputatlar üçün bu, onların maaşının 80 %-i qədərdir. Vəzifəli məmurlar üçün də yüksək pensiya hesablanmasından ötrü illər boyu hər cür şərait və yollar yaradılıb.
Ekspertlər hesab edirlər ki, Ramiz Mehdiyev kimi yüksək vəzifəli məmurun pensiyası nəzəri baxımdan orta əmək pensiyasından dəfələrlə yüksək ola bilər. Çünki yüksək maaş, uzun əmək stajı, ali statuslu dövlət qulluqçusu kimi xüsusi əlavələr burada xüsusi rol oynayan amillərdir. Bir də təbii ki, status, əlaqələr, müvafiq nazirliyə təsir imkanları və s. də öz yerində. Üstəlik, Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat pul alır. Bütün bunlar nəzərə alındıqda, Mehdiyevin hər ayda dövlətdən aldığı vəsaitin 10 min manatı ötməsi inandırıcıdır.
Göründüyü kimi, Ramiz Mehdiyev kimilər vəzifədə olduqları müddətdə dövləti, xalqı taladıqları bəs deyil, pensiyaya çıxandan və vəzifədən gedəndən sonra da xalqın və büdcənin yaxasından düşmürlər, yenə, pensiyada da ən böyük və yağlı tikə onlarındır.
Bu da Azərbaycandakı pensiya sisteminin nə qədər ədalətsiz olduğunu, xalqa yox, bu pensiya sistemini yaradanlara - məmur-deputat zümrəsinə xidmət etdiyini göstərir.

Məlum olduğu kimi, hazırkı az qala mürtəce - varlını qocalanda da yağ-bal içində saxlayan, kasıbı isə daha da kasıblaşdıran, ahıl vaxtında da doyunca yeməyə, dərmana möhtac qoyan pensiya sisteminin kökünü zamanında Səlim Müslümov qoyub. Bir çox imkansız ahıl vətəndaşlarımız onun həbsə atılmasını “kasıbın ahının nəticəsi” kimi qəbul edir və bununla özlərinə təskinlik verirdilər. Lakin vaxtilə "Mehdiyev şəbəkəsinin" ən fəalüzvlərindən olan Müslümov indi azadlıqda və öz kef-damağındadır. Kasıb pensiyaçı isə yenə də həmin qəpik-quruş pensiyanın ümidinə qalıb...
Bu cür kasıb düşməni pensiya sisteminin yaradılmasının özü xalqa qarşı böyük xəyanətdir. İstisna deyil ki, Səlim Müslümov xalqa qarşı xəyanət olan bu sistemi dövlətə xəyanət edən Ramiz Mehdiyev və ətrafının təlimatı ilə formalaşdırıb. Bunun nəticəsir ki, vəzifədə olanda da, pensiyaya çıxanda da hər şeyin qaymağını yenə bu xəyanətkarlar yeyir.
Ömrünü ağır işlərdə keçirən və quru maaşdan başqa heç bir əlavə gəliri olmayan yaşlı adamlarımız, müəllimlərimiz, həkimlərimiz 320 manat pensiya, şəhid atası, ailəsi 400-500 manat müavinət alarkən, əsil-nəslində bir nəfər şəhidi, qazisi olmayan, əksinə, Azərbaycanın hərbi və iqtisadi cəhətdən məğlubiyyəti, korrupsiyalaşması, geriləməsi üçün əlindən gələni edən, bu dövlətdən, xalqdan başqa hər kəsə, hər şeyə xidmət edən “Mehdiyev cinsindən olanlar”ın pensiya və müavinətləri 10 min manatı keçir. Yəni, adi pensiyaçıdan 30 dəfə(!) çox pul alırlar. Niyə, hansı xidmətlərinə görə? Zatən vəzifədə topladıqları var-dövlət, obyektlərindən, bizneslərindən gələn milyonlar “7 arxa dönənlərinə qədər” bəsdir. Və bütün bu şəraiti həmin xainlərin özləri üçün yaratdığı pensiya sistemi təmin edir. Bu, nə haqq, nə ədalət, nə qanundur belə?

Ən pisi də odur ki, mehdiyevlər, müslümovlar tərəfindən yarasılan bu sistemə əl gəzdirmək, onu dəyişdirmək, insana, xalqa yönəlik vəziyyətə gətirmək istəyən də yoxdur. Hazırda sıravi insanlarımızın alacağı pensiyanın məbləği minimum əmək haqqı səviyyəsinə bağlı vəziyyətdədir. Yəni, minimum əmək haqqı artdıqca, vətəndaşın pensiya almaq üçün toplamalı olduğu pensiya kapitalının məbləği də artırılır. Beləliklə, insanlar pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalını toplaya bilmirlər. Nəticədə pensiya yaşına çatandan sonra yaşa görə müavinətin ümidinə qalırlar. Bu isə bir insanın nəinki dava-dərmanına, geyiminə və sair, heç normal qidalanmasına da çatmır.

Üstəlik, hələ pensiya yaşını bir az da artırmağı düşünürlər. Bu sistem zamanında Səlim Müslümov kimilər tərəfindən ortaya atılaraq, inkişaf etmiş, əmək haqqı və sosial təminat səviyyəsi yüksək ölkələrin təcrübəsindən götürülüb. Lakin bu zaman Azərbaycanın reallıqları, ölkəmizin, əhalinin həyat səviyyəsinin həmin dövlətlərdən bir çox göstəricilərdə qat-qat geri qaldığını bilərəkdən nəzərə almayıblar.
Bu gün yapon, ərəb, avropalı, amerikalı pensiya yaşına çıxandan sonra bütün dünyanı gəzib-dolaşır, səyahət edir, həyatın dadını çıxarırkən, bizim pensiyaçıların əksəriyyəti həyatın dadını yox, acısını yaşayırlar. Mehdiyevlər, qaralovlar, qarayevlər, mahmudovlar, abutalıbovlar, həsənovlar və s. isə vəzifədə olduqları kimi, bu gün də lyuks həyatlarını yaşayırlar. Görünür, bu cür qocalığı təmin etmək üçün onlar kimi olmalı, oğurluq, talançılıq, xəyanət – bir sözlə, bütün pisliklərə getməlisən. Və təəssüf ki, belələrini yuxarı başa çıxardıqca, belə də davam edəcək...
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Pensiyaya çıxan adam, ömrünün son illərini yaşayır və pensiya məbləğləri arasında kəskin fərqin olması çox böyük sosial ədalətsizlikdir. Belə ki, biri 3-5 min və hətda bundan da çox, digəri isə 200-400 manat pensiya alırsa hansı sosial ədalətdən danışırıq???...Kökündən yanlış bir sistem qurulmuşdur, fırıldağçı Səlim Müslümov tərəfindən. Bir sözlə pensiyaların yuxarı həddi 1000-1500 manat, aşağı həddi isə 500-750 manat olmalıdır, yəni nisbət 2:1-dən artıq olmamalıdır və tədricən bu fərqi mümkün qədər minimuma endirmək lazımdır...
Pensiya sistemi kökündən yanlışdır. Pensiyanın aşağı həddi olduğu kimi, yuxarı həddi də olmalıdır. Bu günkü reallığda pensiyanın yuxarı həddi 1000-1500 manat, aşağı həddi isə 500-750 manat olmalıdır, yəni bunlar arasında nisbət 2:1-dən artıq olmamalıdır. O ki, qaldı pensiya təyinatının bazaya yığılan kapitalnan əlaqələndirməyə, bu yanlı. yanaşmadır. Belə ki, birinin yaxşı işi olub, əmək haqqısı çox olub və ona görə də bazasını doldurub, o biri isə iş tapa bilməyib və yaxud minimal əmək haqqı ilə doldura bilməyib və nəticə etibarı ilə biri indi də yaxşı, "xan kefində" yaşayır, o birisi də bilmir dava-dərmana, kommunal xərclərinə necə çatdırsın. Bir sözlə bu, bir çoxlarının yanlış olaraq tərifədiyi, pensiya təyinatlarının "baş memarı", fırıldağçı Səlim Müslümovun əməllərinin nəticəsidir. Bu adam vaxtilə ailəsi ilə institut yataqxanasında yaşayan, hazırda isə milyonlar sahibi olan birisidir...
DSMF-da vətəndaşların müraciətlərinə obyektif baxılmır! Şöbələr bir-birini qanunsuz yolla müdafiə edirər. 40-ilə yaxın əmək stayım olmasına baxmayaraq 16.01.2024-cü il tarixdə Əmək pensiyasına çıxdım mənə 301 manat pensiya təyin ediblər. Azərbaycanın hər bir vətəndaşı dövlətin əsgəridir ! Buna baxmayaraq birinə 10 min manat pensiya təyin edir, o birisinə isə 300 manat pensiya təyin edirər. Pensiyanın yuxarı həddi 2000 min manatı keçməməlidir! 100 adam aylıq alan pensiyanın məbləğini bir adam pensiya təyin ediblər. Belə hallar olduqca ədalətsizlikdir və qanunda dəyişikliklər edilməlidir.
Ona görə çoxdur ki çünki o ermənidir. Azərbaycanı talan edən ermənilərlə yezidlərlə qarıçıq məmirlar oıub... Azərbayvan Türklərinə isə imkan verilmir ki 5 manat çörək pulu qazansın.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində hansı zərurətdən Dövlət Sosial Müdafiə Fondu yaradılmış və fəaliyyət göstərir?
Mən də rəy yazdım Dərc etmedilər Sonra düşündüm ki Biz bunu kime yazırıq Cəlal müəllimdən kömek isteyirik? İlk olaraq normal parlament seçmək lazımdır ki dərdinizi deyəsiniz Bu yazılarsa artıq vaxt aparmaqdır .Yəni saytlar işleyir Bəlkə də qaytardılar.........
Azərbaycanda düz olan şey, adamı əyri qoyub düz ...
Siz çox nahaq yerə Səlim Müslümov kimi savadlı insan haqqında belə söz yazırsız ,yəqin ki sizədə hansı vəzifədə olan tapşırır yazırsız ,amma onu bilin ki elə o kişinin vaxtında. Insanlar adam kimi dolanırdı
Pensiya sistemində köklü dəyişikliklər edilməsə nə yazsaq da mənası yoxdur. Və yuxarı həddi 5000.0 manat olmalıdır., aşağı həddi azı 500.0man.
Yaxşı günahkar tutulub, bəs indi niyə bir doğru yol tapılmadı yoxsa...
Bəli pensiya sistemi ədaletsizdir.Mən hesab edirəm ki bir şkala olmalıdır ki,misal üçün 3000-5000-15000 təqaüd alanlara artım 0,5 -1%nəzərə alınsın.1000 manata qədər təqaüd alanlara ise təxminən 25-30% artım hesablansın .Onsus da cöx yuksek pensiya alanların heç neye ehtiyacı yoxdur.Amma bunu etmək üçün insana dəyər verən sosial nazirlik və parlament olmalıdır Bizde ise şair demiş-biri vardır biri yox əvəzinə hər ikisi yoxdur.Dərdin də biri budur.Mənim təklifim keçərli olsa daha çox vəsaitə qənaet etmək olar.
təəssüf ki bizim ölkədə pensiya sistemi mükəmməl deyil
Cəlal müəllim, biz dərdimizi kimə deyək? Biz kimi çağıraq ki, gəlib ölkəmizdə qayda-qanun yaratsın. Bizə rəhmi gəlsin. İşimizə ədatlə baxsın. Nazirləri, sədrləri, şirkət sahiblərini, oliqarxları hüzuruna çağırıb iki gözünü basıb bir deşikdən çıxartsın. Qulağını burub-qopardıb ovucuna qoyub sual etsin ki, ə qoturun balası, sən kim olursan ki, xalqla bu cür davranırsan? Bu nə qanun, bu nə qiymət, bu nə bölgü, bu nə hoqqadır belə çıxarmısınız? Ay ALLAH, bunu kim desin, kim etsin?!
İçi özüm olmaqla bütün pensiyaçıları içəri atmaq lazımdır,yoxsa çayxanalarda damino,nərd oynamaqla dövlət çevrllişinə planlar qururlar,qoy bundan sonra damino- nərd oynaya- oynaya içəridən necə çıxmaq planlarını qursunlar.
Всё правильно!
Məmurlar yeni qayda ilə idarə edə bilmirlər. ...
Məqalədən sitat: "Mehdiyevlər, qaralovlar, qarayevlər, mahmudovlar, abutalıbovlar, həsənovlar və s. isə vəzifədə olduqları kimi, bu gün də lyuks həyatlarını yaşayırlar."... bəli bu həqiqətən də belədir, bu adları hallandırılanların məncə heç birinin yaxın çevrəsindən nəinki Şəhid, Qazi, heç hərbidə düz-əməlli xidmət edən ailə üzvləri də yoxdu...Vətəni, Milləti, Xalqı qorumaq, lazım gələndə canından keçmək kasıbın işi, varlınıki, pullununku isə kef çəkmək, müxtəlif lüks avtomobillərdə şellənməkdir...
Be niye sorushmursuz Deputat 6/7 min maash alir. Niye? Hansi keyfiyyetlerne qöre? Bedbaxtciliq!!! Derd derd derd
Niyə bu Mrhdiyevlərin.Müslimovların.Babayevlərin belə antixalq əməllərinə uzun müddətdir nəzarət edilməyib.ölçü götürülməyib?
Bizdə pensiya sistemi kökündən düz deyil və bunun da baş "memarı", bir çoxunun təriflədiyi Səlim Müslümovdur. Belə ki, lap heç işləməyən də və yaxud ən yüksək əmək haqqı hesabına pensiya kapitalı yığmış birisi də, pensiya yaşına çatıbsa, pensiyanın məbləği 2:1-dən artıq olmamalıdır. Sovet dönəmində pensiyalar minumum 70 rubl, maksimum isə 120 rubl idi. Bu isə əsil sosial bərabərlilik kimi idi, bizdə isə sosial ədalətsizlikdir. Heç nə və yaxud az miqdarda pensiya kapitalı yəğmış birisi 200-400 manat, əmək haqqı yaxşı olmuş digəri isə 5-6 min və hətda daha da çox pensiya alır ki, bu da Cəmiyyətdə böyük ədalətsizliyin göstəricisidir...
Pensiya tyinatında ayrıseçkiik ləğv olunmaldır.Bu böyük narazılığar və hökumətin doğru yaana.madığını sübut edir.Necə olur ki.40 il sənayenn.ağır və çətin sahələrində çalışan vətəndaşar 4-5 il polisdə.prouriorluqda və digər orqanlarda rüşvətlə.korrupsiya ilə varlanan şəxslərdən dəfələrlə az pensiya almaıdır?