Menu

Erməni kilsəsinə məxsus telekanal bağlanır

24.10.2025, 19:06
Erməni kilsəsinə məxsus telekanal bağlanır

Ermənistanda Erməni Apostol kilsəsi (EAK) tərəfindən təsis edilən "Şoqakat" televiziya kanalı bağlanır.

Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.

Ermənistan parlamenti "Audiovizual media haqqında" qanuna dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliklər ictimai televiziya kanallarının sayının ikiyə endirilməsini, maarifləndirici və mədəni proqramların yayımlanması ilə bağlı məcburi tələbin ləğv edilməsini nəzərdə tutur.

Qanun layihəsinin əsaslandırılmasından aydın olur ki, söhbət "Şoqakat" dini-maarifləndirici televiziya şirkətinin ictimai multipleksdən çıxarılmasından gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol