Bu gün Bakıda Konstitusiya ili çərçivəsində “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə“ mövzusunda beynəlxalq konfrans keçirilib.
"AzPolitika" xəbər verir ki, ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hüquq-mühafizə orqanları rəhbərlərinin də qatıldığı konfrans haqqında danışıb.
Q.Həsənquliyevin sözlərinə görə, 2026-cı ilin büdcəsində ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün xərclərə 239 milyon manat ayrılması nəzərdə tutulub: ”Bu olduqca böyük vəsaitdir. Bu vəsaitin həcmi bir neçə dəfə azaldılmalı, qənaət olunan vəsait bizi qürurlu etmiş Silahlı Qüvvələrin hərbçilərinin mənzil problemlərinin həllinə sərf olunmalıdı. Sərf olunan vəsaitlər qarşılığında qeyd etdiyiniz konfransın və bu kimi digər konfransların həm təbliğat effekti, həm də hüquqi dövlət quruculuğuna təsiri çox azdır. O konfransda hansısa ciddi təkliflərin olması və gələcəkdə hüquq islahatları çərçivəsində onların nəzərə alınması ehtimalı sıfıra yaxındı. Ona görə ki, bu tipli tədbirlərə müstəqil mövqeyi olan hüquqşünaslar yox, yalnız rəsmi şəxslər çağırılır, onlar da bir qayda olaraq mövcud konstitusiyanı tərifləyir, hüquq sistemimizdəki çatışmazlıqlardan danışmırlar".
Millət vəkli vurğulayıb ki, ölkəmizdə hakimiyyət bölgüsünə real məzmun, hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır.
"AzPolitika.info"

Şərhlər
Nə Konstitusiya qəbul edilir edilsin ölkədə talan qarət davam edəcək. Azəri türklərinə imkan verilməyəcək iş görsün pul qazansın. Sıxışdırılacaq. Ancaq bir son olacaq
Dəfələrlə beynəlxalq və yerli tədbirlərin müsbət nəticələrini ümumiyyətlə görmədiklərini onların iştirakçılarından eşitmişəm. Təbliğat faktorunu çıxmaq şərtilə. 2013-2017-ci illərdə dövlət təşkilatlarının "tədbir canfəşanlığını" yada salın. Nəticəsi? Sıfıra bərabər.Büdcədə, beyinlərdə, işlərdə. Ciblərdə, əksinə.
İyul ayına qədər Konstitusiya müddəalarına Üst Dövlətin, MMin, NKnin, Partilərin, digər strukturların qəti sualları geniş mətbuatımızda xalqa təqdim edilsəydi, artıq son müzakirə mərhələsi olardı? Sivil Qərbin dəstəklədiyi qonşu hələlik *zəbt strategiyalı* Konstitutunu dəyişməyə tələsmir? Yaxın İran, Gürcüstan, MDB Kremli özgə ərazisini özününkü kimi göstərənə hansı zəmanət-inamla əlaqə saxlayırlar?