1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışıb.
"AzPolitika" xəbər verir ki, o, “Yeni Azərbaycan” TV-yə müsahibəsində bu barədə bildirib:
“Ramiz Mehdiyevin bir neçə əməlini izləyəndə gördüm ki, bizim dövlətçiliyimizə qarşı böyük təhlükə var. İlk olaraq deyim ki, o, həmişə hakimiyyət uğrunda mübarizə aparıb. Bunu gizlətmək lazım deyil. 2003-cü ildə İlham Əliyev seçkilərə qatılanda Ramiz Mehdiyev böyük təbliğata başlamışdı. Dedizdirirdi ki, İlham Əliyevin təcrübəsi yoxdur, Heydər Əliyev özündən sonra Ramiz Mehdiyevi öz yerində görürdü. Onun adamları belə təbliğatlar aparırdılar. Hətta Prezident Administrasiyasında təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırıldılar.
Prezidentin tərcüməçisi var idi, o, sonra ölkəni tərk etdi. Bir neçə icra başçısı da bu siyahıda idi. Mən özüm bunu eşitmişdim. Mənim də yanıma gəlib deyirdilər ki, Heydər Əliyev özündən sonra yalnız Ramiz Mehdiyevi hakimiyyətdə görə bilər, İlham Əliyev çox cavandır, sən gərək buna mane olmayasan. Mən onlara dedim ki, siz hansı ağılla belə şeylər danışırsınız?! Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq, siz də onun fitnəsinə getməyin, axırınız yaxşı olmayacaq. 2013-cü ildə də o, təbliğat aparırdı.
Mehriban xanım Birinci vitse-prezident seçiləndə də öz əlaltıları vasitəsi ilə partiyaları buna qarşı qaldırmaq istəyirdi. Deyirdi ki, guya camaat Mehriban xanıma etiraz edir. Halbuki bu işlərin arxasında Ramiz Mehdiyev dururdu. Onun hakimiyyət iddiası çox güclü idi və birbaşa Moskva ilə bağlı adam idi. Bunu heç gizlətmirdi də.
1998-ci ildə Heydər Əliyevin səhhətində problemlər yaranan günün səhəri Ramiz Mehdiyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinə zəng edib dedi ki, Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə etməliyəm? Rusiyaya bu qədər bağlı adam idi”, - deyə o, bildirib.
Qeyd edək ki, Səbail rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Şərhlər
aydindi basa dusduk ve bilirdik de indi tedbir gormrk lazimdir, hesablama palatasinin sediride onun adamidir hormetli DTX oreni tecili nezarete goturun
Mehdiyev 24 il PA rehberi işleyib.Başa düşmek olmur peşekar DTX generalı ,ve mükemmel dovlet xadimi ve diplomat olan Heyder Eıiyev nece ola biler ki ,bu adamın rysun adamı olmasını bilmesin bu mümkün deyil.Ve ta İlham Eluyev kimo savadlı diplomat ve dövlet xadimi bu adamın ne ile nefes aldığını bilmesin.Bu lap Eldar Mehmudov,Necmeddin Saduqov meselesine oxşayır .
Məhkəmnin hökmü də maraq doğurur.Xüsusilə ağır cinatət törədən cinayətkara məgər ev dustaqlığı qərarı verilər7Aıo evindədəsərbəst qalır Yenə cinayət törətməimək imkanı qalır.( məsələnsuisid edə bilər?) Anlaşılmazlıqhr tərəfdə!
Mehdiyev öz prinsiplərinə görə Azərbaycan xalqını aclıqla çox sıxmışdı , hətta imkan vermirdi ki İlham Əliyev xarici siyasətlə məşğul olsun . Çox istədi xalqı hakimiyetin üstünə qaldırsın və sonra da Azərbaycanı Rusiya təhvil versin . İndi də özümüzü İsraildən gözləməliyik və israilə işləyənlərin hamısını nəzərdən keçirməliyik
AY GİDİ DÜNYA!!! ....BİR VAXTLAR İCTİMAİ PALATANIN ƏSAS FUNKSİONERLIRİNDƏN BİRİ İDİ.
Bu adam demək istəyir ki. mən dəvaram.nəsə bilirəm.Elə Namazov işləyəndə də su üzəründə tərpənməz balıq idi....
aha
Ramiz Mehdiyevin arxa dayandığı və daima vəzifədən vəzifəyə gəzdirdiyi Goranboy başçısı Məhərrəm Quliyev ən şah kadrı olub. Məhərrəm hər yerdə mənim adamım Ramiz müəllimdir deyərək yekə yekə gəzirdi. İndilərdə səsi çıxmır. Ramiz administrasiyadan gedərkən onu bərk bərk tapşırıb. Bütün komsomol düşərgəsindən yüksələn başçılar dəyişdirilməlidir dərhal çünki təhlükə qapıdadır. Onlar potansiyal silahlardır!!!!
Eldar Namazov çoxdan bitmiş biri idi. Kim və hansı ağıl və məntiqlə bu zamanının ən yekə xəyanətkarını morqdan çıxarıb diriltmək istəməsi gülüncdür və ötən dövr göstərdi ki bu absurddur. Bu adam efirə çıxanda insanlar efir kanalını dəyişir. Bnun kimə qarşı isə təbliğata qoşulması antitəbliğat effekti verir
Ramiz Mehdiyev "kimdir, nəçidir, hansı məssəbə qulluq edir" bunu beş on il əvvəl də az çox məlumatlı adamdan soruşsaydınız bu günkü deyilənlərlə eyni idi. Amma Eldar Namazovun bu " prosesə" qoşulması nəyə lazım idi- anlamadım. Bu adam Ulu Öndərin dövründə Onun özünə əks getmiş və humanistlik edilib bir küncə atılmışın biridir. İndi beləsini danışmağı Ramizə rəğbət yaradar....