Menu

İcra başçısı köməkçisini də Bakıya gətirdi

25.11.2025, 12:15
İcra başçısı köməkçisini də Bakıya gətirdi

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli köməkçisini işdən çıxarıb.

Məlumata görə, müvafiq əmrlə Ceyhun İsmayılov başçının köməkçisi vəzifəsindən azad olunub.

Ceyhun İsmayılov Nəsimi Rayon İcra Hakimiyyəti icra başçısı Elxan İbrahimovun köməkçisi təyin edilib. Elxan İbrahimov bundan əvvəl Elbrus Məmmədovu köməkçi vəzifəsindən azad edib.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi təyin etmişdi.

Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub. Həmin gün Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (Qaynarinfo)

Şərhlər

Vidadi 2025-11-25 13:54:20

Burada şübhəli nə var ki? Kürdəmirdəki köməkçisini (pul yıanını) də özü ilə gətirib. sirrini niyə başqası da bilsin ? Bütün İcra başçıları da belə edir ya özü ilə gətirir.ya da .tanışı,qohumunu bu işə qoşur.Bu Azərbaycan reallığıdır.

şahin 2025-11-25 12:39:16

Ağıllı adamlar izah ede bilərlərmi görəsən kömekçilər niye deyişir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol