Menu

Tayvan administrasiyasının rəhbəri Si Cinpinə cavab verib

25.11.2025, 12:44
Tayvan administrasiyasının rəhbəri Si Cinpinə cavab verib

Tayvan administrasiyasının rəhbəri Çjo Juntay Çin Xalq Respublikasının Sədri Si Cinpinə cavab verib.

APA-nın xəbərinə görə, administrasiya rəhbəri bildirib ki, Tayvan “suveren dövlət”dir.

Onun sözlərinə görə, Çinlə birləşmə ssenarisi gündəmdə deyil.

Tayvan administrasiyası Pekinin mövqeyinin öz siyasi kursuna təsir etməyəcəyini və adanın gələcəyinin yalnız onun sakinləri tərəfindən müəyyən ediləcəyini bildirib.

Qeyd edək ki, ötən gün Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı Si Cinpin Tayvanın Çinə qaytarılmasının “İkinci Dünya müharibəsindən sonrakı dünya nizamının mühüm tərkib hissəsi” olduğunu vurğulayıb. Çin Mərkəzi Televiziyasının məlumatına görə isə Tramp Vaşinqtonun Tayvan məsələsinin Çin üçün əhəmiyyətini başa düşdüyünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol