Menu

Rusiya Ukraynaya "Kinjal" hipersəsli raketlərlə zərbə endirib

25.11.2025, 13:49
Rusiya Ukraynaya "Kinjal" hipersəsli raketlərlə zərbə endirib

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi zərbə endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın hərbi-sənaye və enerji obyektlərinə qarşı "Kinjal" raketləri də daxil olmaqla, genişmiqyaslı hücum təşkil edilib.

"Hücumun məqsədlərinə nail olunub və bütün təyin olunmuş hədəflər vurulub", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Qeyd edək ki, "Kinjal" Rusiyanın hipersəsli havadan buraxılan raket kompleksidir. Raket 10 Maxa (təxminən 12.000 km/saat) qədər sürətə çata və trayektoriyası boyunca manevr edə bilir ki, bu da onu tutmağı çox çətinləşdirir. Kompleks stasionar və yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol