Menu

Klinton gərək bir sillə də, ağzının üstündən çəkəydi

25.11.2025, 14:15
Klinton gərək bir sillə də, ağzının üstündən çəkəydi

“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda sayıqlayıb:

“Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır! Moskva hər zaman erməniləri özünə daha yaxın hesab edib ”.

Yadıma ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Venediktovla əhvalatı düşdü. Bu rus şovinist tipi yazır: "Prezident Klinton "Exo Moskvı"nın redaksiyasına gələndə çox yorğun görünürdü. Putinlə 4 saatlıq danışıq və bir saatlıq mətbuat konfransı onu yormuşdu. Həm də möhkəm acmışdı. Klintonun sözlərinə görə səhər tezdən bir şüşə koka-kola içmişdi və yemək istəyirdi. Mənim raketlərə dair sualıma o qədər uzun - uzadı cavab verdi ki, onu dayandırmaq qərarına gəldim. Necə dayandırım? 18 kamera onun hərəkətlərini anbaan izləyirdi. Mexaniki olaraq stolun altından onun ayağına bir təpik vurdum. İnsafən dayandı. Mən sakit tərzdə növbəti sualın konstruksiyasını düşünən zaman cavabımı artıqlaması ilə aldım. Klinton gərək ki, yaxşı timsah dərisindən tikilmiş ayaqqabısı ilə topuğuma güclü bir təpik vurdu. İki gün axsadım. Ayaqqabısının yaxşı olmasını topuğumun sınığından hiss etdim".

Yəni bu Venediktov indinin tərbiyəsizi deyil...

Etibar ƏLİYEV,

Elm və təhsil mütəxəssisi, sabiq millət vəkili

Şərhlər

B.Qarabağlı 2025-11-25 16:24:39

Yazarın izlədiyi *Exo Moskvı*nın *V.Putin-U.Klinton debatı* tarixindən və nasist mövqeli A.Venediktovdan xəbərsiz olsam da, elə həmin ABŞ Prezidentinin TVdə izlədiyim daha bir əski (səhv etmirəmsə Madrid?) sammitdə: *Rusiyanın öz təsir regionu saydığı üçün azərbaycanlı qaçqınları (BMT qərarı üzrə) Qarabağa öz doğma ev-mülklərinə təhlükəsiz bərpa edin!* deməsini izlədiyimdən neçə il keçir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol