Menu

Rusiya ABŞ-dan Tramp planının Avropa və Ukrayna ilə razılaşdırılmış versiyasını gözləyir

25.11.2025, 15:03
Rusiya ABŞ-dan Tramp planının Avropa və Ukrayna ilə razılaşdırılmış versiyasını gözləyir

Rusiyaya Trampın planı rəsmi olaraq təqdim edilməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, ABŞ-nin Ukrayna ilə bağlı planının Rusiyaya rəsmi olaraq çatıdırılmadığını, lakin Moskvanın həmin planın konkret ifadələrini müzakirə etməyə hazır olduğunu söyləyib.

Rusiya XİN başçısı Trampın Ukrayna ilə bağlı planının Moskvaya qeyri-rəsmi kanallar vasitəsi ilə çatdırıldığını vurğulayıb

Lavrov bildirib ki, Rusiya ABŞ-dan Avropa və ukraynalılarla razılaşdırılmış aralıq variant hesab etdiyi versiyanı təqdim etməsini gözləyir.

Lavrov Rusiyada Trampın 28 maddəlik planının olduğunu, bu planın başqa versiyalarının olmadığını əlavə edib.

O, Moskvanın Ukrayna münaqişəsinin həlli üçün təşəbbüs göstərən ABŞ-ın mövqeyini yüksək qiymətləndirdiyini də söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol