Menu

Makronu radikal sağçı əvəz edə bilər - Fransada millətçilik yüksəlir

25.11.2025, 17:32
Makronu radikal sağçı əvəz edə bilər - Fransada millətçilik yüksəlir

Əgər Fransada prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, ölkənin yeni prezidenti radikal sağçı “Milli Birlik” (Rassemblement National) partiyasının namizədi Jordan Bardella olardı.

“AzPolitika” bildirir ki, bu barədə “Odoxa” sosioloji şirkətinin 19–20 noyabr tarixlərində apardığı sorğunun nəticələrində qeyd olunub.

Sosioloqların açıqlamasına görə, Fransanın siyasi tarixində ilk dəfə olaraq millətçi düşərgənin nümayəndəsi həm sağ-mərkəzçi, həm də sol rəqiblərini geridə qoyur. Məlumata əsasən, Bardella seçkilərin ilk turunda 35–36 faiz səs toplaya bilər.

Araşdırmanın müəllifləri bildirirlər ki, ikinci tura “Təslim olmayan Fransa” hərəkatının lideri, solçu Jan-Lyuk Melanşon keçərsə, Bardella onunla rəqabətdə 74 faiz səslə qalib gələcək. Əgər ikinci turda Bardellanın rəqibi keçmiş baş nazir Eduard Filip olsa, radikal sağçı namizəd yenə də qalib gəlir, lakin daha az fərqlə, 53 faiz səslə.

Ekspertlərin fikrincə, sorğunun nəticələri Fransada radikal sağın nüfuzunun rekord səviyyəyə yüksəldiyini göstərir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol