Menu

Rusiya ilə sülh danışıqları yaxşı gedir - ABŞ ordusunun sözçüsü

25.11.2025, 17:47
Rusiya ilə sülh danışıqları yaxşı gedir - ABŞ ordusunun sözçüsü

Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar yaxşı gedir.

APA xəbər verir ki, bunu ABŞ ordusunun sözçüsü Cefri Tolbert “ABC News”a açıqlamasında deyib.

“Ukraynada davamlı sülhə nail olmaq üçün bazar ertəsi və çərşənbə axşamı ərzində ordu katibi Driskol və komandası Rusiya nümayəndə heyəti ilə müzakirələr aparıb. Müzakirələr yaxşı davam edir və biz bu barədə optimistik. Katib Driskol danışıqlar prosesində Ağ Evlə sinxronizə edilmiş vəziyyətdə hərəkət edir”, - ABŞ ordusunun sözçüsü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol