Menu

Ərdoğan “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək

25.11.2025, 18:39
Ərdoğan “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya–Ukrayna münaqişəsinin həlli üçün bu gün onlayn formatda keçiriləcək “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

Onun sözlərinə görə, onlayn iclas Türkiyə vaxtı ilə saat 18:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol