Menu

BŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək

25.11.2025, 21:15
BŞ dövlət katibinin müavini Türkiyə, İraq və İsrailə səfər edəcək

ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Maykl Riqas noyabrın 27-dən dekabrın 5-nə qədər Türkiyə, İraq və İsraili ziyarət edəcək.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

Riqas Türkiyədə, Birinci Nikeya Şurasının 1700-cü ildönümü münasibətilə keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. O, həmçinin ikitərəfli əməkdaşlığın inkişafı üçün Türkiyə rəsmiləri ilə görüşlər keçirəcək və İstanbulda Ümumdünya Patriarxı I Bartholomeos ilə görüşəcək.

İraqda dövlət katibinin müavini iraqlı rəsmilərlə danışıqlar aparacaq, ABŞ-nin diplomatik obyektlərini ziyarət edəcək və Ərbildə yeni Baş Konsulluğun açılışında iştirak edəcək.

İsrailə səfər isə ABŞ-İsrail münasibətlərinin möhkəmləndirilməsinə yönələcək. Bundan əlavə, diplomatik missiyaların fəaliyyətinin təkmilləşdirilməsi yolları və xarici yardımın ABŞ-nin strateji maraqlarının həyata keçirilməsinə töhfə verməsi məsələləri müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol