Menu

Aİ yaxın günlərdə Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar verəcək

26.11.2025, 00:16
Aİ yaxın günlərdə Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar verəcək

Aİ ölkələri Rusiyanın Avropada dondurulmuş aktivlərinin istifadəsi imkanları ilə bağlı qərarı yaxın günlərdə qəbul etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə Fransanın Prezidenti Emmanuel Makron “istəkli ölkələr koalisiyası”nın iclasından sonra bildirib.

Fransa liderinin sözlərinə görə, belə bir qərar Ukraynaya “aydın perspektiv” verəcək və Rusiyaya qarşı təzyiqin saxlanmasına xidmət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol