Menu

"Qarabağ" İtaliya nəhənginə məğlub oldu - Bu qədər qazancı əldən verdi

26.11.2025, 11:12
"Qarabağ" İtaliya nəhənginə məğlub oldu - Bu qədər qazancı əldən verdi

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

"Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.

Qeyd edək ki, "Qarabğ" bu məğlubiyyətlə yüksək gəlir əldə etmək şansını da itirib. Xatırladaq ki, komandların qrup mərhələsində hər qələbə üçün 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro bonus qazanmaq imkanı var. "Qarabağ" bu turda məğlub olduğu üçün heç bir gəlir əldə edə bilməyib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.

"AzPolitika.info"

Şərhlər

Turkic Republic of Azerbaijan 2025-11-26 14:30:11

"Qarabağ" yaxşı başladı, yaxşı davam etdi, amma bu mərhələdə qalib gəlmək üçün motivasiyaları çatışmırdı. Bu inam ilk günlərdə görünmürdü. Futbol sadəcə bir idman növü deyil, bir millətin qürurunun simvoludur, çox vacibdir. Azərbaycan futbolunun hətta dünya futbolunun ən yüksək səviyyəsində belə inkişaf etmək potensialı var. Bu, sübut olunub. Artıq Azərbaycan klubları arasında "Qarabağ" keyfiyyətinə malik ikinci bir qütbün, "Turan Tovuz" kimi böyümək və irəliləmək potensialına malik bir komandanın yaranmasının vaxtıdır. Yaxud hətta köhnə "Neftçi" klubunun idarəçiliyi "Socar" adlı varlı bir şirkətə verilə bilər və bu komanda futbol arenasına yeni bir ad və idarəetmə ilə daxil olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol